Mədəniyyət və İncəsənət Universitetinin müəllimi saxlanılıb



Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (“Bandotdel") tərəfindən Azərbaycan Nəşriyyatında əməliyyat keçirilib. Analoq.az xəbər verir ki, demokrat.az-ın əldə etdiyi məlumata görə, əməliyyat zamanı "Maarif" Dövlət Tədris-Pedeqoji Ədəbiyyat Nəşriyyatının direktoru İsmayıl Ələkbərov Azərbaycan Nəşriyyatında saxlanılaraq idarəyə aparılıb. Hələlik onun saxlanılmasının dəqiq səbəbləri bəlli deyil.

Qeyd edək ki, İsmayıl Ələkbərov həm də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kulturalogiya fakültəsinin müəllimidir.

Onu da bildirək ki, "Maarif" Dövlət Tədris-Pedeqoji Ədəbiyyat Nəşriyyatı Azərbaycanın Mədəniyyət Nazirliyinin tabeçiliyində olub.

Direktorun saxlanılmasını "Azərbaycan” Nəşriyyatının baş direktoru Ağabəy Əsgərov da təsdiqləyib. O, demokrat.az-a bildirib ki, İsmayıl Ələkbərovun Azərbaycan Nəşriyyatında ofisi var:

"Mən əməkdaşlarla maraqlandım. İsmayıl Ələkbərov bizdə fəaliyyət göstərməyib, sadəcə olaraq burada özünün ofisi var. Onun Nəşriyyatı Səbail ərazisində yerləşir. Mənə bildirdilər ki, bu gün mülki geyimli polis əməkdaşları İsmayıl Ələkbərovla söhbət edərək, onu İdarəyə aparıblar. Avtomobili də burada qalıb".

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
#

JeaIndege

написал 0
Cialis No Prescription From Canada Prix Cialis Soft viagra Acquista Viagra In Italia Propecia Viagra Generikum Forum isotretinoin cheap internet with free shipping over night