Dövləti içindən dağıdan gizli dövlət



Qladio İtaliya mərkəzi Amerika kəşfiyyat təşkilatı olaraq kommunizmin yayılmasına maneə yaratmaq və Rusiyanın kommunizmi yaymaq istədiyi təqdirdə onu təxribatın köməyi ilə aradan qaldırmaq üçün yaradılan gizli təşkilatdır.Qladio bir çox Avropa ölkəsində hücrə tipli quruluşla yayılmışdır. Belçika, Hollandiya, Fransa, Türkiyə, Yunanıstan və digər Avropa ölkələrində təsiredici qüvvəyə malik olublar. Bu gizli təşkilatın çoxlu sayda silah sursatları da varmış. Qladio Avropa və dünya siyasətinə gizli sui-qəsdlər, əməliyyatlar, təxribatlar ilə tarixi rejimləri idarə edən bir qurum olub.

Türkiyədə və İtaliyada açılmış məhkəmə işlərində Qladionun iç üzünün ortaya çıxarılması cəhdi edilmişdir. Qladionun təsiredici qüvvəsinin azaldığı düşünülsə də, ötən 50 ildə Qladio öz əməliyyatları ilə yadda qalmışdı. Xüsusilə də İtaliyada Aldo Moro adlı siyasətçinin qaçırılıb öldürülməsi nəticəsində və qızıl qruplaşmaya qarşı həyata keçirilmiş əməliyyat nəticəsində əldə olunmuş məlumatlar Qladionun bir neçə ölkədə təşkilatlandığını sübut edir.

Əldə olunmuş məlumatlara görə Qladionun bütün Avropada gizli bazaları var idi və onlar NATO-nun mərkəzində əl altdan hadisələrə müdaxilə edə bilirdilər. Qarşılarında duran hədəfləri bir-bir müəyyən edərək peşəkar şəkildə aradan götürürdülər. Özlərini gizli etmək üçün bəzən sağçı bəzən də solçu terror təşkilatları adı altında gözdən yayına bilirdilər.

Yəni Qladionun şəbəkəsi bütün bunları əhatə edirdi. Qladio İtaliyada gizli əməliyyatlar həyata keçirmək üçün yaradılmışdır və adını qladiatorların qısaldılmış adından götürmüşdü.

Həyata keçirilmiş əməliyyatlarda 1947-ci ildə xüsusi olaraq dinləmə cihazları yaradılması planlaşdırılırdı. Qladio Amerikada, Yunanıstanda və Türkiyədə gizli kommunist yeraltı qurumları ilə qarşı-qarşıya olduğunu anladı.

İtaliya və Fransada da eyni vəziyyət yaranmışdı. Bu səbəbdən də Amerika Qladionun qurulmasına start verdi. Qladio bir çox Avropa ölkələrində müxtəlif adlar ilə fəaliyyət göstərirdi. Qladio əvvəldən bütün Avropada mason mafiyaları və lojaları ilə sıx əlaqədə olub.

Qladio mafiyalar, siyasətçilər və kilsələr ilə yaxından əlaqə quraraq kommunizmə qarşı mübarizə aparmaq üçün gizli əməliyyatlar həyata keçirib və öz siyasi maraqlarını qorumaq üçün təxribatlar təşkil edib.

Qladio hələ də tam olaraq gizli qalan hücrə sisteminə sahibdir və xüsusilə də Mərkəzi Kəşfiyyat İdarəsinin nəzarəti sayəsində bir çox dövlət başçılarını öz nəzarətində saxlamış və öz maraqlarına görə onları idarə etmişdi.publika.az

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi