Nazilə Səfərli:" On iki nəfərin içində daş mənə dəyib"-Xanım şairlə Nazilə Səfərli arasında qalmaqal böyüyür



Qubadlının işğalı günü ATV telekanalının təqdimatında “Bağ Mövsümü” adlı şou əyləncə proqramı sosial şəbəkələrdə haqlı narazılığa səbəb olub. Və bir çox tanınmış insanlar buna dair öz iradlarını bildiriblər.Analoq.az xəbər verir ki, Qubadlının işğalı günü ATV-telekanalının təqdimatında yayımlanan “Bağ Mövsümü” verlişində iştirak edən tanınmış şairə Nazilə Səfərli sosial şəbəkədə qınaq obyektinə tuş gəlib. Veriliş mərhum sənətkar Saxavət Məmmədovun qardaşı xanəndə Firuz Saxavətin bağ evində keçirilib. Həmin verilişdə tanınmış xanəndələrdən, Firuz Səxavət və Zakir Əliyev də iştirak edib. Lakin qınağa tuş gələn xanım şairə Nazilə Səfərli olub.

Azərbaycan Əlil Qadınlar cəmiyyətinin Respublika üzrə nəzarət komisiyasının və eləcə də, Nərimanov rayonu üzrə sədri Şəhla (Şuşalı) İbrahimova status yazaraq iradını bildirib. Hətta o, şou əyləncədə iştirak edən şairə, Nazilə Səfərlini “Şairəçik” adlandırıb. “Bir xalqın Nazilə Səfərli kimi “şairəciyi” varsa, qol götürüb oynayırsa, Şəhidlər yada düşər?… Ona görə heyif Şəhidlərimizdən”

RealMedia.az-ın əməkdaşı qınağa tuş gələn şairə Nazilə Səfərli ilə əlaqə saxlayıb. Nazilə xanım Qubadlı rayonunun işğal günü ATV – telekanalının təqdimatında yayımlanan “Bağ Mövsümü” verlişində iştirakına və ona qarşı səslənən iradlara belə münasibət bildirib: “Qubadlının işğal günü həftənin cümə günü idi, çəkiliş həftənin bazarertəsi günü olub. Əgər o çəkiliş həftənin bazar ertəsi günü olubsa, Qubadlının işğal günü efirə gedibsə,burda mənim heç bir günahım yoxdur, bu bir. İkincisi: “Əgər Qubadlının işğali günü olmuş olsa belə,o efir, ölkədə qanuni matəm olunmayıbsa, məndən başqa orda şəhid vermiş insanlar varsa belə, mənimlə bərabər danışıblar, gülürdülərsə, yalnız mən hədəf oluramsa deməli o qadının mənimlə şəxsi bir qərəzi var. Allah ona da kömək olsun!”

Əməkdaşımızın Nazilə xanıma “Siz əvvəlcədən bilirdinizmi Qubadlının işğal günüdür” sualına aydınlıq gətirib. “Bəli, bilirdim. Hətta əvvəlcədən soruşdumda ki, bununla bağlı ölkədə matəm elan olunubmu, dedilər yox. Sadəcə bizim hər birimizin vicdan borcudur ki, onu xatırlamaq. Və nə əcəbsə, məhz həmin gün Qubadlı şadlıq evinin özündə ikidənə toy var idi. Çox təcüblüdü… Deməli ansambılla birgə on iki nəfərin içində daş mənə dəyibsə, deməli öndə mənəm”.

Tanınmış şairə xanım Nazilə Səfəli onun ünvanına “Şairəçik” məsələsinədə toxunub: “Yazısından oxudum ki, müharibə dövründə əskələrimizə yemək bişirib, gömək eliyib. İndi müharibə olsa şəxsən mən yemək bişirməyə getmərəm,mən şəxsən döyüşməyə gedərəm.Çünki mənim sağlığım ona imkan verir.

Mən bir söz demirəm, bu insan müharibə görüb, bu insanın əsəbi yerində olmaya bilər, o mənə “Şairəcik”də deyə bilər. Döyüşməsə də, müharibə görmüş insandı, yandırır onu, incidir. Yəqin görüb kişilərə bir söz deyə bilməyəcək, mənə deyir də. O mənim anam yaşında bir insandı. Mən nə deyə bilərəm, haqqım yoxdur, məni döyədə bilər”.RealMedia.az

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi