• 18:00 – Görkəmli alim Rəfiqə Əliyevanın xatirəsi anılıb 
  • 14:30 – Əli Mirəliyev:"Müğənnilər efirdə qısa geyinir, sinələrini açıq qoyurlar..." 
  • 13:00 – ABŞ-ı həyacanlandıran silah 
  • 11:00 – Vyetnam prezidenti vəfat edib 
  • 10:00 – Mehriban Əliyeva NATO baş katibinin müavini ilə görüşüb 
  • 21:00 – Vüsal Əliyev məndən 1300 dollar aldı qaytarmadı-Efirə çıxan tamaşaçı 
  • 13:30 – Galenvagen” “protiv” gedir, Binəqədi polisi inkar edir 
  • 11:53 – Təhsil üzrə ekspert:"Xocalı soyqrımı günü hər yerdə şıdırğı alver gedirdi" 

Prezident təqaüdçüsü Baş prokurora müraciət ünvanladı

  • Tarix: 09.09.2018, 18:21,
  • Bölmə: Maraq / Ölkə
  • Baxılıb: 51 306
Prezident təqaüdçüsü Baş prokurora müraciət ünvanladı Prezident təqaüdçüsü Baş prokurora müraciət ünvanladı

Tanınmış yazar, Prezident təqaüdçüsü, Azərbaycan Xalq Cəbhəsi sədrinin müavini Tural İrfan Azərbaycan Respublikasının Baş prokuroru cənab Zakir Qaralova müraciət ünvanlayıb. Analoq.az həmin müraciəti olduğu kimi təqdim edir:



Hörmətli Zakir müəllim. Azərişıq Abşeron rayonu, Masazır kəndində, S. Rüstəm küçəsində elə bir texniki qüsura yol verib ki, çarəsi ancaq Baş Prokurorluğun cinayət işi açmasındadır.

"Azərişıq"ın səhvi yüzlərlə insanı ani ölüm təhlükəsinə atıb. Dəmir elektrik dirəklərinə yüksək gərginlikli elektriki təhlükəsizlik tədbirləri və qoruyucular qoymadan buraxıblar.

Gecələr göydən qığılcım saçılır və məftillər silkələnir. Altında dayandıqda şua və mənfi enerji insanı halsızlaşdırır.

İkinci xəttin də dirəklərini sataraq kabelləri həmin dirəklərin ortasına məftillə bağlayıblar. Külək əsdikcə məftil kabeli yeyir və kabeldəki gərginliyin dəmir dirəklərə keçməsinə bəlkə də günlər qalır.
Şikayələr və müraciətlər isə fayda vermir.

Abşeron işıq idarəsinin müdiri isə Polad Ələmdar kimi qara maşında iki qoruyucu ilə gəzir və qəbuluna vətəndaşı buraxmır...

Deyir, hara, kimə ürəyiniz istəyir şikayət edin. Bircə onu başa düşmək olur ki, güvəndiyi yer çox qorxulu və amansızdır. Hətta mütəxəssislər də vəziyyətin son dərəcə təhlükəli olduğunu təsdiqləyirlər.

Xahiş edirik, bu işdə hərəkətsizlik, səhlənkarlıq, vəzifə saxtakarlığı etmiş vəzifəli aidiyyatı şəxslər barədə hüquqi tədbir görəsiniz və düşdüyümüz təhlükədən bizim xilasımız üçün köməklik edəsiniz.

Tural İrfan
Prezident təqaüdçüsü,yazar
скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV