Bu kitabdakı şeirləri oxusanız...



Son illər özünü şair adlandıran şəxslərin il ərzində çap etdikləri külli miqdarda kitablar dəfələrlə sosial şəbəkələrdə və mediada müzakirə mövzusu olub. Sovet dönəmində bu sahədə ciddi senzura olduğundan mətnləri ədəbi standartlara cavab verməyən yazarların kitabları nəşr edilmirdi. Ölkəmiz müstəqillik qazandıqdan sonra demokratik prinsiplər hər kəsə kitab nəşr etdirə bilmək azadlığı verib. Təəssüf ki, bu azadlıqdan sui-istifadə edən şəxslər də az deyil.

GoldNews.Az-a daxil olan görüntülərdə Ziba Hüseynova adlı şəxsin nəşr etdiyi "Muğam mənim həyatımdır" adlı şeirlər toplusunu ədəbiyyat adına biabırçılıq saymaq olar

Kitabda vulqar ifadələr, ciddi orfoqrafik səhvlər biabırçı səviyyədədir. Şeirlərdə küçə sözləri, ədəbsiz ifadələr göz çıxarır. Oxuculardan üzr istəyərək, nümunə üçün kitabdan bir bənd paylaşırıq:

"Götürginən əllərini
bədənimdən sən ay molla.
Din adıyla oğraşlıqla
Məşğul olma, sən ay molla".

Bu kitabdakı şeirləri oxusanız...

Ədəbsiz ifadələrlə yanaşı, şeilərdə orfoqrafik səhvlər də göz çıxarır. İngilis şriftləri ilə yazılan şeirlər sanki qaralama halındadır. Nə redaktor, nə korrektor bu mətnlərə gözücu olsa da, diqqət etməyib. Müəllif şeirlərdə hətta çat yazışmalarında olduğu kimi "ş" hərfinin əvəzinə "w"-dan istifadə edib.

Dua yazıb yalan yerə
Kimsə baxıb görər deyə
mənim çəkib sən təkliyə
əlləyirsən sən, ay molla.

Bu kitabdakı şeirləri oxusanız...
Qeyd olunan kitab "Elm və Təhsil" nəşriyyatında nəşr edilib. Toplunun redaktoru Mais Təmkin, naşiri isə professor Nadir Məmmədlidir. Tezliklə nəşriyyatın biabırçı kitab haqqında fikirlərini təqdim edəcəyik. Müəllifin mövqeyini dərc etməyə hazırıq.
Bu kitabdakı şeirləri oxusanız...
Analoq.az

скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
#

JeaIndege

написал 0
Order Cialis Online India cialis Cialis Tablets 20 Mg Prices