Məktəblilərin robotatexnikada uğurları



23 oktyabr 2018-ci il tarixində Bakıda “İstedadlı və yaradıcı gənclərin III Respublika toplantısı” keçirilib. Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Təhsil Naziriliyi, AMEA və EİF-in təşkilatçılığı ilə gerçəkləşən toplantıda ölkənin bütün şəhər və rayonlarından 500-dən artıq istedadlı gənc iştirak edib.

Bir neçə sessiyadan ibarət olan iclaslarda “İntellektual inkişaf, elm və təhsil” sessiya iclasında ekspert qismində Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin Elm və Təhsil Baş İdarəsinin rəisi, AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov və AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev də iştirak etmişdir.

İclaslarda fəallıq göstərən və az yaşlı olmaqlarına baxmayaraq kifayət qədər uğurlar əldə etmiş iki məktəbli ilə yaxından tanış olmağınızı istəyirik.

Bunlar Akademik Zərifə Əliyeva adına liseyinin 10-cu sinif şagirdləri Ruslan Bayramov və Naim Xuduzadədir. Onların iclaslar zamanı ünvanladığı suallardan qeyri-adi bacarığa malik olduqları hiss olunurdu. Ona görə də bu uşaqların əldə etdikləri uğurları işıqlandırmağı lazım bildik.

Ruslan “Sabahın alimləri” layihə yarışmasında “Penoplastın tullantısız məhv edilməsi” proyekti ilə iştirak etməklə bərabər Respublika fənn olimpiadasında informatika fənnindən finalist olmuşdur.

O,eyni zamanda “Stockup.az” proyektinin yaradıcısı və “GoldenByte” yarışmasında “Web Project” kateqoriyasında qızıl medal sahibidir. Bunlardan əlavə Rumıniyada keçirilən “İnfomatrix” yarışmasında Proqramlaşdırma nominasiyasında üçüncü yer qazanmış və Azərbaycan II Robot olimpiadasında “GardeRobot” layihəsi ilə bürünc medalla təltif olunmuşdur.

Naim isə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Line Follower” yarışmasında və Qərb Universitetində keçirilən “Lego Sumo” yarışmasında birinci yeri qazanmışdır. Həmçinin Rumıniyada keçirilən “İnfomatrix” yarışmasında “Lego Sumo” nominasiyası üzrə birinci yerə sahib olan Naim “İstək” liseyində keçirilən “Sumo” yarışmasında da iştirak etmişdir. O həm də Azərbaycan II Robot olimpiadasında “GardeRobot” layihəsi ilə bürünc medalın sahibidir.

Dövlət səviyyəsində təşkil edilən “İstedadlı və yaradıcı gənclərin III Respublika toplantısı”nın mühüm cəhətlərindən biri də bu cür xüsusi istedada malik yeniyetmələri geniş ictiaiyyətə təqdim etmək, onların gələcək fəaliyyətləri üçün şərait yaratmasıdır. İnanırıq ki, istər AMEA-nın, istərsə də, digər nüfuzlu ali təhsil məktəblərinin ziyalıları bu məktəblilər ilə maraqlanaraq onların daha yaxşı və düzgün formalaşmalarında yardımçı olacaqlar.

Gülnar Səma

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
#

JeaIndege

написал 0
Siti Sicuri Per Comprare Online Viagra black market zoloft Viagra Ou Generique