Bizi izləməyi unutmayın

#Maraqlı

Gecə həyatı yaşayan qadının acı hekayəsi

8-11-2018, 23:00 | 1472 dəfə baxılıb.

Axşam saat on olardı.Aysel yataqdan durub hazırlaşmağa başladı. Rəfiqəsinin yataqdan durmadığını görən Ayka, uca səslə:
- Gülü, dur işə gecikirik, Ay Gülü, eşitmirsən – deyə onu səslədi.
- Eee... bezdim lap bu həyatdan. Gündüzləri yat, axşamları yol qırağında fahişəlik et.
-Az deyin az, dur görüm, işə gecikirik. Mən də hamama girib çıxıram, gəldiyimdə görüm ki, hazırsan. Yoxsa yerimizə başqa ifritələr gələcək. Barmağımızı sovura-sovura qalacağıq. Yerindən gülümsəyərək qalxan Gülü deyinməyə başlamışdı:
- Ayka, görürəm yaman tez durmusan. Darıxırsan, deyəsən, şam ağacının altında müştəri gözləmək üçün.
Hamamdan dillənən Aysel əsəbi şəkildə: -Sən hələ hazır deyilsən. Tez ol hazırlaş, on dəqiqəyə çıxırıq. Hə, hə hazıram gecikməyək, bizim onlardan nə fərqimiz var. Ya biz olduq, ya da o translar. Fərqi nədir, onlar da fahişədir, biz də. Hamı bilir ki, gecələr o şam ağaclarının sahibi var. Hamamdan çıxan Ayka Gülünün hazır olduğunu görüb sakitcə:
- Yaxşı görüm aaz, gicləmə. Bizim translarla nə işimiz, mən bizim cinsdən olan fahişələri deyirəm. Di düş qabağıma getdik. Bir də bura bax, müştərilərlə yaxşı danış, partladaram səni.
- Ayka, partlamışın nəyin partladacaqsan?
Gülümsəyərək evdən çıxan Ayka və Gülü öz yerlərini tutmuşdular. Sırtılmış üzləri, başlarındakı parik, gözlərindəki eynək, gəlib keçən maşınların işıqları altında daha aydın görünürdü. Ayka gəlib keçən maşınlara nəzər yetirdi ki, bunlardan hansı dayanıb aparacaq.
- Gülü ay Gülü, gələn maşına bax, nə deyirəm gəlib bizi apara.
- Hə, hə aparacaq. Biz də ki, o bəxt ola, o bəxtin içinə ha.
- Gülü nə səy-səy danışırsan. Bəxtimiz olsaydı burada nə atdırırdıq hə?
-Nə bilim, - dedim bəxt də çaşıb birdən bizim də qapımızı döyər.
- Hə, döyər döyər.
- İşlənəndən sonra neynirəm o bəxti. O bəxtin içinə elə mən. Ayka, deyirəm bəlkə...
- Gülü, dürt yerinə, heç nə demə. Qoy görüm bunlardan biri seçirmi bizi.
Gülü, bu dəqiqə səni cıracam, dürt yerinə. Hə də.. daha yaxşı... Yüz metr uzaqdan gələn “İnamarka” qara maşın sürətlə gəlib şam ağacının altında dayandı.
- Ayka arzuların çin oldu. Sakit dur.
- Salam gecə quşları.
- Salam.
- Hə eşidirəm sizi. Getmək istəyirsiniz?
- Yox əşi… elə belə mırtlaşırıq.
- Nə? Durun buradan cəhənnəm olun.
Ayka Gülünün ağzın tutaraq, aaz sakitləş, qancıqlıq eləmə.
- Mənə baxın, avaralar, görüşmək istəyirsiniz, ya yox?
- Görüşmək istəməsəm, burada nə atdırıram, gecə quşu.
- Bəlkə, qiymətini deyəsən.
- Saatı yüz manat.
- İkinizə?
- Yox birimizə.
- Baha deyil, gecə gözəlləri?
- Yox, niyə ki? Sürdüyün maşına bax, etdiyin söhbətə bax, sən.
- Yaxşı, oturun gedək. Maşına oturan Ayka və Gülü bir-birilərinə baxıb pıçıldaşdılar. Bu pıçıldaşmadan Gülü heç nə anlamamışdı. Maşını idarə edən cavan oğlan:
- Nə olub, nəyə pıçıldaşırısınız, deyin biz də bilək.
Aykanın gözünü qorxu bürümüş halda olduğunu görən Gülü tez soruşdu:
- Yeriniz var?
-Hə var, narahat olmayın - qabaqda oturan orta yaşlı qarayanız kişi dillənərək, dedi.
- Hə narahat olmayın, cavanlıq etmək üçün yaxşı bir dənə evimiz var.
Ayka rənginin qaçdığını görən Gülü həyəcanını gizlədərək, hə var, lap yaxşı, onda sürəti artırın, tez çataq - dedi.
- Qardaşım, sürəti artır qızlar yatağa tez girmək istəyirlər.

Evə çatdıqdan sonra hərəsi bir otağa girən qızlar belə vaxtlarda saatın tez tamamlanmasına görə əllərindən gələni edirlər. Aykanın üz siması dəyişmirdi, nəsə qorxu var idi içində. Bu, üzündən bəlli olurdu.

Orta yaşlı kişi ilə otağa girən Ayka soyunub sakitcə yataqda uzanmışdı. Gülü isə öz işində müştərisini razı salamağa çalışırdı hər zamankı kimi. Həzin səslənən müsiqi səsi otağı bürümüşdü. Orta yaşlı kişi Aykaya çoxdan yaxınlaşmış, gecənin bitməməyini istəyirdi. Ayka kişinin bədənindəki şıramı görüb özünü güclə saxladı. Ağlamaq istəyirdi, qorxusundan ağlaya bilmirdi. Ayka bu şram çox tanış gəlirdi. Vaxtı ilə Aykaya gənc yaşında ilk dəfə sahiblənən, sonradan Aykanın bu yola düşməsinə səbəb olan kişi ilə yenidən bir yataqda olması dəhşətli dərəcədə Aykaya pis təsir edirdi. Həm qorxu, həm də psixoloji baxımından. Bir anlıq gözü dönən Ayka yanındakı kiçik masanın üzərindəki güldanı götürərək kişinin başına vurub üzərindən yerə yıxır. Təlaşlı halda tez geyinib otaqdan çıxmaq istəyərkən qapıdan qayıdıb kişinin bir paket kimi əllərini, qollarını, ağzını bağlayıb otaqdan çıxır.

Ayka bunu peşəkarcasına yerinə yetirmişdi. Sanki o öyrəşmişdi müştərini paltarları ilə paket etməyi. Otaqdan çıxdıqda rəfiqəsi Gülünün çıxmadığını görüb, sakitcə qapını açıb, arxadan cavan oğlanın başına mətbəxdən götürdüyü tava ilə vurub yerə salır. Donub yerində qalmış Gülü heyrət içində qalaraq qorxa-qorxa:
- Nə etdin, sən dəlisən.
- Gülü, tez ol, əynini geyin, gedirik. Tez ol, sual vermə, vaxtımız çox azdır. Tələsik əynini geyinən Gülü: - mən hazıram, deyib Ayka evdən ildırım sürətilə çıxdı. Hadisədən iki saat keşmişdi Ayka heç nə olmamış kimi danışırdı. Gülüyə baxıb qorxma hər şeyi sənə danışacam deyib, siqaretindən bir qullam alaraq başladı:
- Maşına minəndən mən onun güzgüdən üzünü aydın görüb tanıdım. O, mənim bu yola düşməyimin, fahişə olmağımın tək səbəbkarıdır. Uşaq idim, işləyib xəstə anama baxırdım. Anamdan başqa heç kimim yox idi. Bir gün işdən qayıdanda gecə yarısı idi. Qarşımı bir kişi kəsib məndən yolu soruşdu. Mən də yolu göstərib yoluma davam edirdim ki, arxadan məni kimsə qucaqlayıb basdı altına. Gözü dönmüş halda mənə baxırdı. Dəli olmuşdum ki, bu kimdi. Diqqətlə baxanda tanıdım bu saniyələr öncə məndən yol soruşan kişi idi. Məndən nə istədiyini bilmirdim. Qorxurdum qışqırmaq istəyirdim, qışqıra bilmirdim.
- Niyə qışqıra bilmirdin, Ayka?
- Ağzımı möhkəm tutmuşdu, bir əlində isə bıçaqla məni hədələyirdi. O an, o nə deyirdisə mən onu edirdim. Həmin gecə o mənə sahib oldu, qızlığımı tanımadığım oğraş tərəfindən itirdim.
- Ayka gözlərinin yaşını silib siqaretindən bir qullam alıb yenidən danışmağa başladı:
- Mən həmin gecə evə necə döndüyümü bilmədim. Gözlərimdə yaş var idi, ayağımda qızlığımı itirmiş gecənin ləkəsi. Evə çatanda mənim bu halımı görən anam dəli olmuşdu. Nə qədər polislərə getsək də, xeyri olmadı. Bu hadisədən bir ay keçmişdi ki, anam mənim bu halıma dözməyib dünyadan köçdü. Gerisini də bilirsən, həyatım nə cürdür.
- Bəs bu danışdıqlarının etdiyin hadisəyə nə dəxli var idi, Ayka, onu anlamadım?
- Gülü, o anlamı var ki, həmin şəxs idi məni bu günlərə salan. Gecə vaxtı məndən yol soruşub mənə hücum edən oğraş bax o idi.
- Sən onu öldürdün?
- Yox, bilmirəm güldanı başına vurub qaçdım.
- Hə, indi başa düşdüm mənimlə olan oğlanı niyə vurdun?
- Hə Gülü, vurdum ki, oradan tez çıxaq. Sənin çıxmağını gözləsəydim hər şey üçün çox gec olacaqdı. Ayka, necə bilək ölüblər, ya ölməyiblər. Mənə lazımdır ki, oğraş ölüb, yoxsa ölməyib. İstər sənin oğlanın, istər mənə sahib olan oğraş.
Geri qayıtdıqları dörd saat olardı, öz aralarında bütün olanlara yekun vurub bir daha bu söhbəti açmayacaqlarına, bir kəsə deməyəcəklərinə söz verdilər ki, polislər məkanı basdılar. Hərə bir yana qaçırdı. Ayka və Gülü gizlicə aradan çıxdılar. Yol boyu eniş aşağı qaçan qızlardan Gülü danışmağa başladı. Aykanı deyirəm.
- Hə, nə deyirsən, yenə tənginəfəs halda. Niyə biz bu gündəyik.
- Gülü, başladın yenə..
- Yox əşi, deməyim odur ki, bu polis işinə bir çarə tapmaq lazımdır.
- Onun çarəsi yoxdur. Tutdularsa, anamızı ağladacaqlar. Yox, var əslində, Ayka
- Nə var? Nədi o elə, de görüm.
- Bax bu rayonun rəisini tapmaq.
- Tapıb nə edəcəksən, az?
- Heç nə həftədə də bir dəfə havayı olarıq. O da bizim işləməyimizə göz yumar.
- Deyirsən cinayətə də göz yumar. Bir-birilərinə baxıb tənginəfəs gülümsəyən rəfiqələr eniş aşağı qaçışlarına sürət verib gözdən itdilər.

Seyhun Hökmdar
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Ədəbiyyat

Sənə gələn yolların biri də açıq deyil-Aysel Nəsirzadənin şeirləri

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Manşet / #Ədəbiyyat

Xaliq Məmmədov:"Sakitcə bağrımı dəlir bu otaq"

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Maraqlı

Aysel Manafova ideal bədən quruluşunu nümayiş etdirdi

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının