İki irihəcmli romanın, Orbitlər və Universal Mövcudluq Nəzəriyyələrinin müəllifi alim Sadıq Qarayev



Azərbaycan həqiqətlərini, əsrlərdir davam edən erməni təcavüzünü, elmi-ədəbi təfəkkürümüzün gücünü dünya ictimayyyətinə çatdırılmasında, gənc nəslin azərbaycançılıq məfkurəsi ilə tərbiyyə olunmasında vasitələrdən biri ola biləcək ədəbiyyat nümunələrinin, xüsusiilə iri həcmli romanların mühüm əhəmiyyəti var.

Bu baxımdan elmi fəaliyyət sahəsini təmsil edən Sadıq Qurban oğlu Qarayevin son illərdə meydana çıxmış elmi, fəlsəfi, bədii janrda yazılmış iki iri həcimli Sahilsiz təzadlar (“Nurlar”, Bakı, 2014, s.629, qeydiyyat №-si 05/C-7624-14) və Sahibsiz kölgələr (“Ziya”NPM, Bakı, 2017.s. 510, qeydiyyat №-si 05/C-8815-16) adlı romanları dəqiq və təbiət elmləri ilə bədii təfəkkürün qarışılıqlı əlaqəsinin maraqlı, düşündürücü və özünəməxsus təzahürlərindəndir.

“Sahilsiz təzadlar” bədii, elmi, fəlsəfi və dedektiv
romandır. Romanda qəhrəmanların və digər obrazların vasitəsilə bir sıra elmi, fəlsəfi ideyalar, fərziyyələr irəli sürülmüş, müzakirə olunmuşdur. Bundan əlavə, əsərdə rənglərin əmələ gəlməsi, kainatın yaranması, zamanın, sürətin və sahələrin arasıkəsilən mahiyyətdə olması, təxmini, dürüst, real məntiq və digər məsələlər barədə mülahizələrlə yanaşı, bəşəriyyətin qlobal problemləri haqqında fikirlər də yer almışdır.

Yeni ictimai formasiya quruluşunun yaranması haqqında fikirlər, Əlinin iki mürəkkəb cinayətin üstünü məharətlə açması, həqiqətləri insanların dərk edə bilməməsinin səbəbləri haqqında mülahizələr də romanın bədii süjet xəttində əsas istiqamətlərdəndir.

Əli və Nərminin sonda Şuşada görüşmələri isə, Azərbaycan xalqının və dövlətinin arzusunun, ali məqsədinin, onu həyata keçirmək üçün iradə, əzm və qüdrətinin dünyaya nümayişidir.

“Sahibsiz kölgələr” müəllifin birinci romanı “Sahilsiz təzadlar” kimi yeni üslubda bədii, elmi, fəlsəfi və dedektiv janrda yazılmışdır. Əsərin əsas süjet xətti keçmiş Sovet DTK-sının əməkdaşları olan Süleyman, Sergey və Arsenin bir-biriləri ilə mübarizəsi üzərində qurulmuşdur. Romanda azərbaycanlı alim Tusinin, eləcə də digər obrazların dili ilə bir sıra elmi, fəlsəfi ideyalar, fərziyyələr irəli sürülmüş, müzakirə olunmuşdur.

“Sahibsiz kölgələr” romanında bəşəriyyətin qlobal problemləri, erməni riyakarlığı və vəhşiliyi, insan psixologiyasının mürəkkəb mahiyyəti, şəxsiyyətin tərəqqisinə və tənəzzülünə səbəb olacaq amillər haqqında da müxtəlif obrazların vasitəsilə aydınlıq gətirilməyə səy göstərilmişdir.

“Sahibsiz kölgələr” romanı Azərbaycan çekistlərinə həsr olunmuş ilk iri həcmli roman hesab edilə bilər. Həm də güclü müasirlik duyğusuna malik “Sahibsiz kölgələr” romanında müstəqillik dövrünün parlaq hadisəsi olan aprel döyüşlərinin ibrətamiz dərsləri gələcəyə baxışın nikbin notlarını müəyyən edir. “Sahibsiz kölgələr” romanı elmi və bədii təfəkkürün sintezinin geniş yer aldığı, milli və bəşəri dəyərlərə yeni təkamül müstəvilərində baxılan, oxucular üçün maraqlı, faydalı ola biləcək bir əsərdir”.

“Sahibsiz kölgələr” romanında Azərbycan xalqının adət ənənələrinə, milli dəyərlərinə, xalq yaradıçılığına- atalar sözlərinə, aforizmlərə və bayatılara geniş yerilmişdir. Şifahi xalq ədəbiyyatının nümunələrindən bədii obrazların xarekterinin açılmasında, fikirlərinin ifadə olunmasında məharətlə istifadə edilmişdir.

“Sahibsiz kölgələr” romanının təqdimatı Azərbaycan Yazıçılar Birliyində keçirilmiş, Azərbaycan “Mədəniyyət” kanalında roman haqqında sənədli filim nümayiş edilmişdir.

Sadıq Qarayev "ORBİTLƏR və UNİVERSAL MÖVCUDLUQ NƏZƏRİYYƏLƏRİNİN " müəllifidir.

Orbitlər və universal mövcudluq nəzəriyyələrində kainatın və materiyanın necə yaranması haqqında ənənəvi baxışlardan fərqli, yeni ideyalar irəli sürülür və əsaslandırılır. Bu nəzəriyyələrin əsasında orbitlərin birinci olduğu, yüksək sürətli enerjini toplayaraq materiya sintez etmək xüsusiyyəti dayanır. Yəni yer, yupiter və s. əmələ gəlib günəşin ətrafında trayektoriya edərək “orbit” yaratmamışdırlar. Əksinə, orbitlər əvvəl mövcud olmuş, hν işıq fotonlarını , sürətli enerjini toplayaraq yeri, yupiteri və s. yaratmışdırlar.

Eləcədə, bu nəzəriyyələrdə var olma enerjisi ilə mövcudluq arasındakı mürəkkəb əlaqələrin, səbəb nəticə mexanizmlərinin izahı yeni müstəvidə verilir. Zaman , məkan, sürət, sahələr haqqında fərqli baxışlar sistemi ortaya qoyulur. Orbitlər və universal mövcudluq nəzriyyələri vəhdətdə olub , bir birini tamamlayırlar.

Orbitlər və universal mövcudluq nəzriyyələri Azərbyacan Respublikası Müəllif Hüquqları Agentliyində dövlət qeydiyyatından keçmiş (Şəhadətnamə N-8686, qeydiyyat N-04/C-8225-15), yerli və xarici elmi, elmi-populyar jurnallrda dərc eilmişdir. ( С.Г.Гараев. Теории Орбит и Универсального существования. // XII международной научно-практической конференции: «Проблемы и перспективы современной науки», сборник статей (уровень стандарта, академический
уровень).–Москва.:“ISI-journal”,2016.-138
Orbitlər və universal mövcudluq nəzəriyyələri. // AMEA “Elm və Həyat” elmi-populyar jurnal. № 4 , Bakı-2017, s13-20 )

Sadıq Qurban oğlu Qarayev ağac və kol bitkilərinin introduksiyası, yaşıllaşdırmada perespektivli növlərin seçilməsi və mühafizəsi sahəsi üzrə yüksək ixtisaslı mütəxəsis olmaqala, Azərbaycanın relikt dendroflorasının təsnifatlaşdırılması, bioekolji xüsusiyyətlərinin öyrənilməsi, müasir vəziyyətinin qiymətləndirilməsi, nadir və nəsli kəsilməkdə olan növlərin müəyyənləşdirilməsi, genofondunun yaradılması istiqamətində geniş elmi tədqiqat işləri aparır. Elmi tədqiqatlarının nəticələri yerli və xarici mətbuatda dərc olunmuş 39 elmi əsərdə öz əksini tapmışdır.

B.ü.f.d., dosent S.Q. Qareyev hazırda AMEA Mərkəzi Nəbatat Bağının aparıcı elmi işçisi, 2016- cı ildən AMEA Botanika institunun elmlər doktoru hazırlığı üzrə dissertantıdır. Azərbaycan Yazıçılar Birliyinin, Rusiya Yazıçılar İttifaqının, İLESAM-ın üzvüdür. Elmi tədqiqatlarının nəticələri yerli və xarici mətbuatda dərc olunmuş 39 elmi əsərdə öz əksini tapmışdır. Ailəlidir, iki qızı, bir oğlu var.


Analoq.az



скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi