560 kilo çəkisi var



560 kilo çəkisi var
Bir vaxtlar 560 kilo ağırlığa çatan daha sonra pərhizlə təxminən 200 kilo itirən meksikalı Manuel Uribe, dünyanın ən kök adamı olaraq Guinness rekordlar kitabına girib.

Meksikanın şimalındakı Monterreydə yaşayan Uribe, Guinness səlahiyyətlilərinin özünə 2008-ci ildə çıxacaq rekordlar kitabına dünyanın ən kök adamı olaraq girəcəyini ifadə edən sertifikatı göndərdiklərini söyləyib.

Bundan başqa, bir ildə 200 kilodan çox zəifləyən və “bir ildə ən çox kilo verən adam” olaraq 2009-cu ildə rekordlar kitabına girməsi gözlənilən Uribe, “Sertifikat artıq əlimdə. Guinness Rekordlar Kitabına dünyanın ən obez adamı olaraq girməkdən xoşbəxtəm. 200 kilodan çox verdiyim üçün də xoşbəxtəm “dedi.

20 ildir obez olan 42 yaşlı Uribe, 2006-cı ildə 560 kiloya çatınca tibbi yardım istəmiş və həkim nəzarətində möhkəm bir pəhriz sayəsində bir ildə 200 kilodan çox arıqlamışdı.

Hələ də yeriməyən Uribe, 22 yaş ABŞ-da işləyərkən 130 kq idi.
Alı Nəsibli
analoq.azскачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi