Xoşbəxtlik Nazirliyi yaradıldı





Dünyada bir ilk : Bu ölkədə Xoşbəxtlik Nazirliyi fəaliyyət göstərir, səhiyyə isə pulsuzdur

Hindistan və Çin arasında yerləşən sirli və çox mənzərəli ölkə olan Butan 1974-cü ilə qədər turistlər üçün bağlı olub. Bu gün isə bura hər kəs baş çəkə bilər. Lakin bunun üçün bir sıra rəsmi prosedurlardan keçməyə və böyük məbləğdə pula ehtiyac var.



Sərhədlərin açılmasına baxmayaraq, kral turist axınının qarşısını mümkün üsullarla almağa çalışır. Butana yalnız turistik qrup tərkibində getmək olar. Bütün sənədləşdirmə və viza işləri ilə dövlətin təyin etdiyi yeganə şirkət məşğul olur.



Girişə icazə almaq üçün bütün xərcləri (uçuş, mehmanxana, viza, sığorta, turoperator və bələdçi xidmətləri) öncədən ödəmək lazımdır. Butan turoperatoru istəyənlər üçün müxtəlif proqramlar təklif edir. Proqramın bir günü orta hesabla 250 dollara başa gəlir.



Analoq.Az bildirir ki, İslaminSesi bu dəfə AdMe.ru-ya istinadən bu ölkənin ənənələri və sakinlərinin tamamilə xoşbəxt olmasının sirləri haqda oxucuları məlumatlandıracaq.

1. İnternetin və televiziyanın olmaması

Butanda 1999-cu ilə qədər televiziya və internet rəsmən qadağan olub. Lakin sonralar, müasir texnologiyaların təsirindən ölkəni təcrid etmək artıq mümkün olmadığından, Butan kralı sakinlər üçün sivilizasiyanın bu "nemətlərini" əlçatan etmək qərarına gəlib. Beləliklə, Butan dünyada televiziyadan istifadə etməyə başlayan son ölkə olub.

[center]Xoşbəxtlik Nazirliyi yaradıldı[/center]


2. Xoşbəxtlik Naziriyli

Hər sakinin daxili dünyasının qayğısına qalmaq üçün 2008-ci ildə ölkədə ümumi xalq xoşbəxtliyi üzrə Komissiya yaradılmışdı. Hətta əhalinin siyahıya alınması üçün tutulan anketdə xüsusi qrafa mövcuddur. Burada sakinlər həyatından nə dərəcədə razı olduqlarını göstərməlidirlər.

Bundan başqa, burada Xoşbəxtlik Nazirliyi də fəaliyyət göstərir və, ümumiyyətlə, XOŞBƏXTLİK anlayışı milli siyasətin başında dayanır.

[center]Xoşbəxtlik Nazirliyi yaradıldı[/center]

Yeri gəlmişkən, ümumi daxili məhsul (ÜDM) anlayışı Butanda ümumi milli xoşbəxtlik anlayışıyla əvəz olunub, yəni yaşayış keyfiyyətini burada maddi və mənəvi dəyərlərin arasındakı balans təyin edir.


3. Evsiz yoxdur
Butanda küçədə yaşayan adam yoxdur. Əgər bir kəs evsiz qalsa, o, sadəcə olaraq, krala müraciət etməlidir. Kral həmin şəxsə ev tikintisi üçün torpaq ayırır.

Yəqin, buna görə Butan sakinləri özlərini xoşbəxt hesab edir

[center]Xoşbəxtlik Nazirliyi yaradıldı[/center]

4. Pulsuz tibb
Ölkənin hər bir sakini pulsuz tibbi xidmət hüququna malikdir. Maraqlıdır ki, Butanda həm ənənəvi, həm də klassik təbabət üsullarından istifadə olunur və xəstə müalicə üsulunu özü seçə bilər.

5. Milli dress-kod
Butan sakinləri ənənəvi geyimlərdən istifadə edir: kişilər dizədək uzun köynəklər, qadınlar isə yerədək uzanan donlar geyinir. İnsanların status və təbəqəsini isə sol çiyindən asılan şərfin rəngindən bilmək olar: adi insanlarda - ağ, yüksək təbəqəli insanlar və rahiblər isə - sarı.

6. Tütün qadağandır
Butan kralı tütünün yetişdirilməsini, yığılmasını və ölkə boyu yayılmasını qadağan edən qanun qəbul edib.
Burada siqaret və digər tütün məhsulları almaq mümkünsüzdür. Butanı ziyarət etmək üçün bütün sənədləri əldə edən turistlər siqaret keçirmək üçün böyük məbləğdə rüsum ödəməlidirlər.

7. Heyvanlar və təbiətə qayğı

Ölkədə ekologiya və bitki aləminə çox qayğı göstərilir. Ağac əkilməsinə xüsusi diqqət yetirilir.
Yeri gəlmişkən, 2015-ci ildə Butanda sakinlər cəmi bir saata 50 min ağac əkməklə dünya rekordunu qırıblar.

[center]Xoşbəxtlik Nazirliyi yaradıldı[/center]


8. Mətbəxin xüsusiyyətləri
Butan sakinlərinin böyük əksəriyyəti buddistdir. Buna görə də ölkədə vegetarianlıq yayılıb. Burada bütün yeməklərin əsasını düyü təşkil edir. Özü də, dağlıq ərazilərdə adi düyünü yetişdirmək mümkün olmadığından, butanlılar daha bərk olan və xüsusi dada malik qırmızı düyü yetişdirirlər.Burada çay içmə mərasimlərinə xüsusi diqqət ayrılır. Butan sakinləri qara ya yaşıl çaya duz, istiot və kərə yağı əlavə etməklə içirlər.

9. Varislik ənənələri
Butanda qadınlara hörmət olunur. Bunun ən parlaq nümunəsi varislik məsələsidir: burada bütün əmlak oğula yox, böyük qıza qalır.

10. Ekologiya hər şeydən önəmlidir.Butanda kimyəvi gübrələrinin idxalı ciddi şəkildə qadağandır. Ona görə ölkə ərazisində yetişdirilmiş bütün məhsullar təbiidir.

11. Toy ənənələri
Butanda əcnəbilərlə ailə qurtarmaq qadağandır.Rahiblərin apardığı toy məclislərində mantralar oxunur, rituallar həyata keçirilir.Əksər hallarda ər arvadın evinə köçür və yalnız yetərincə pul yığdıqdan sonra onlar ayrı evə daşına bilər.

12. Yollarda vəziyyət
Butan paytaxtında heç bir işıqfor yoxdur. Lakin bu, heç bir problem yaratmır və ictimai asayişə mane olmur. Yol nişanları isə burada əllə çəkilir.

13. Bəzəkli evlər
Butan sakinləri öz evlərini yazı və şəkillərlə bəzəməyi sevirlər: evlər quş və heyvanların şəkli, həmçinin, müxtəlif ornamentlərin təsvirli ilə qeyri-adi və rəngarəng görsənir.
Ənənəvi ev 3 mərtəbədən ibarət olur. Birinci mərtəbə adətən mal-qara üçün nəzərdə tutulur, ikinci mərtəbədə yaşayış otaqları olur, üçüncüdə isə ot və saman qurudulub saxlanılır.
Çoxlu qadağalar və ciddi qaydalara baxmayaraq, Butanda xoşbəxt və gülərüz insanlar yaşayır və bu məkan turistləri getdikcə daha çox cəlb edir.

Analoq.Az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi