İslamın əsl mahiyyəti aşılansa-Vüsal Süleyman yazır



Orta məktəblərdə dini tədrisin keçirilməsi qərarı, əslində çoxdan veriləsi qərarlardan biri idi.Çünki Azərbaycanda dini tədris ən önəmli məsələlərdəndi.

Bu gün radikal yönümlü dini təbliğat aparanların fəaliyyəti nəticəsində gənclik yalnış istiqamətlərə yönəlir, xoşagəlməz təbliğatların nəticəsində doğru yoldan,sağlam düşüncədən,sağlam dini təfəkkürdən uzaqlaşır.

Dünyada baş verən hadisələri müşahidə etdiyimiz zaman görürük ki,beyini yuyulmuş gəncliyi cihad adı altında,dini alimə təqlid etmək yoluyla həyatlarını məhvə sürükləyirlər.

Beyini yuyulmuş gənclik çürük fətvalar verildiyi zaman öz dövlətçiliyinə qarşı silah qaldırmağı da,qaçınılmazdır.

Məktəblərdə sağlam dini tədris prosesi aparıldığı zaman,bu cür mənfur qüvvələrin çirkin din siyasətləri iflasa uğrayacaq. Zaman keçdikcə qazandıqları nüfuzu da itirəcəklər.

Bu gün radikallığa,dini mövhumata qarşı dərslər keçirilsə , İslamın əsl mahiyyəti aşılansa ,sabah o gənclik çirkin siyasətin qurbanına çevrilməz.

Dini tədrisin üstünlüklərindən biri də odur ki, sabah ölkəmizdə Nərdaran hadisələri baş verməyəcək.

Təkrarçılıq olmasın deyə bir daha qeyd etmək istəyirəm ki ,bu qərar düşünülmüş və yerindəcə verilmiş bir qərardır.

Vüsal Süleyman

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi