Astara rayonunda Təngərüd kənd tam orta məktəbində Azərbaycan bayrağı tərsinə asılıb



Astara rayon Səməd Vurğun adına Təngərüd kənd tam orta məktəbində Azərbaycan bayrağı tərsinə asılıb.Bu barədə Analoq.az-a məlumat verən oxucularımız bildirilər ki, bir müddət əvvəl sözügedən təhsil ocağında ədəbiyyat bilicilərinin məktəbdaxili seçim turu keçirilib.

Astara rayon Təhsil Şöbəsinin əməkdaşlarının da iştirak etdiyi seçim turu zamanı dövlət bayrağı imtahan keçirilən otaqda tərsinə asılıb.

Maraqlıdır ki, Astara rayon Təhsil şöbəsi özünün "Facebook" səhifəsində seçim turu ilə bağlı fotolar paylaşarkən,
bayrağın tərs asılması diqqətdən qaçıb və yaxud da bilgisizlik səbəbindən bu yalnışı düzəldən olmayıb.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi