Oruc necə tutulmalıdır




Ramazan ayının daxil olması münasibəti ilə öncə xalqımızı, bütün müsəlmanları təbrik edirəm. Bu ay İslam dinində xüsusi önəmi olan aylardan biridir. Qeyd edim ki, Quranda Allah buyurur:" Sizdən əvvəlki ümmətlərə buyrulduğu kimi oruc sizə də yazıldı, yəni fərz qılındı." (Bəqərə surəsi, 183 cü ayə.) Buradan görünür ki, oruc tutmaq əvvəlki peyğəmbərlərin dövründə də vacib olub. Odur ki, bu gün də İslamla yanaşı digər dinlərdə də həmin oruc tutma ibadəti qalmaqdadır. Oruc fiziki, mənəvi və soaial ibadətdir. Fiziki cəhətdən insan ac qalmaqla Allah naminə əziyyətə dözməyə hazır olduğunu bir növü ifadə edir, mənəvi cəhətdən də aclığın gətirdiyi səbr, pəhriz, bədənin zəifləməsi nəticəsində ruhun aydınlanması, bəsirətin saflaşmasına nail olur. Sosial tərəfdən isə ac qalaraq yemədiyi öynələri orucluqdan sonra kasıblara, ac və miskinlərə fitrə sədəqəsi olaraq verir. Beləliklə cəmiyyətdə həm sosial, həm mənəvi, həm də fiziki yenilənmə, sağlamlaşma meydaa gəlir.
Oruc tutmaq üçün sübh hava aydınlaşandan, gün batıb hava qaralana qədər aşağıda qeyd etiyim şeylərdən çəkinmək lazımdır:
1. Yemək və hər hansı bir şey içmək.
2. Siqaret, qalyan çəkmək kimi qidalandırıcı, aclığı və ya susuzluğu dəf edəcək hər hansı qatı tüstülər udmaq.
3. Cinsiz əlaqədə olmaq.
4. İmalə-klizma etdirmək.
5. İstimna etmək.
6. Dindən çıxmaq.
7. Qadınlara məxsus halların baş verməsi.
Oruc aşağıdakı şəxslərə fərzdir, yəni qəti hökm olaraq oruc tutmaları vacibdir:
1. Müsəlman olmaq.
2. Həddi buluğa çatmaq.
3. Oruc tutmağa gücü yetmək.
4. Səfərdə olmamaq.
5. Ağıllı olmaq.
6. Qadınlar üçün baş verən halların olmaması.
Qeyd edim ki, Allah Quranda dinini asanlaşdırdığını bəyan edir. Habelə Peyğəmbər buyurur ki, asanlaşdırın, çətinləşdirməyin. Ona görə də oruc tutanları cürbəcür uzun-uzadı qaydalarla çaş-baş salamaq lazım deyil. Allah Quranda buyurur ki, dində çətinlik yoxdur.

Bəzi tövsiyyələr var ki, oruc tutanlar onlara riayət etməlidirlər. Bu tövsiyyələr Quran məntiqindən və Quranın özündən qaynaqlanan göstərişlərdir.
1. Tutduğu orucu riya məqsədi ilə tutmamalıdır, reklam etməməlidir, tutduğu oruca and içməməlidir.
2. İftar süfrələrini aclara, kasıblara, imkansızlara reklam etməməli, şəkil, videoçəkiliş və digər vasitələrlə göstəriş xarakterli yaymamalıdır. Bu kimi işlər başqalarını da oruc tutmağa təşviq etmək niyyəti ilə olarsa bu istisnadır.
3. Başqalarına digər aylardan daha çox yaxşılıq etməli, savab işləri artırmalıdır.
4. Daha çox Quran və digər elmləri oxumalı, ibadət etməlidir.
5. Bütün xoşagəlməz, günah işlərdən uzaq olmalıdır.
6. Əvvəllər kimlərin haqqını qəsb edib, qiybətini edib, haqqına təcavüz edib-haqqını kəsibsə dərhal halallıq almalı, vurduğu zərər-ziyanı ödəməlidir. Haqqun-nas (insan haqları) Allah tərəfindən bağışlanmayan günah olduğu üçün dərhal halallaşmalıdır, əks halda tutduğu orucun qətiyyən faydası olmaz.

Allah tutduğunuz orucları qəbul etsin.

Tural İrfan

Analoq.Az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi