Elza cismən oyaq olsa da,ruhən şirin bir röyaya dalıb - Vüsal Süleyman yazır












Bu cahan ona sığsa da,o cahana sığmır,
Ruhu intizardadır,ürəyi həyəcandan döyünür.
Sanki bir xəbər eşitmək istəyir,amma nədənsə o xəbəri hələ də eşidə bilmir,
Elza həyatını belə yaşamağa davam edir.

Ümidlə o xəbəri eşidəcəyi günü gözləyir,
Yollara baxaraq xəbər gətirən xəbərçinin ona sarı gəlməsini istəyir.
Nədənsə o xəbərçi ona tərəf gəlmək üçün addım atmır.
Elza düşünür; axı nədən axı nədən, söyləmir bir kəlmə?..

Mən axı o xəbərçini illərdi gözləyirəm,
Odur mənim beynimdə suallarıma cavab verəcək.
O suallardır məni gecələr dərin bir düşüncəyə qərq edən...
Odur məni yuxudan ayıldacaq,
Odur məni özümə qaytaracaq,
Odur məni bu intizarımın səbəbi.

Elza cismən oyaq olsa da,ruhən şirin bir röyaya dalıb,
Oyanmaq istəsə də,oyana bilmir.
Hərdən düşünür: kaş ayılsam,həqiqətləri duya bilsəm,
Bununla bütöv bir can olaram.

Artıq usandım yarım can olmaqdan,
Canımı qaytarın mənə deyə, ağlayır.
Bu ağlayışla mələklər,göylər kədərindən sızlayır,
Nolar qaytarın onu özünə deyə yalvarır.

Ax Elza, görürsən mələklər belə sənə aşiq,
Heç sordunmu mən kiməm,
Bəlkə də soruşdun özünə amma cavabını hələ də sənə xəbərçi bildirmədi.
Ammalar,lakinlər,niyələr hələ də cavabsız qaldı...

Analoq.Az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi