Mollaların yasdan aldığı pul rüşvətdir - Tural İrfan






Öncə qeyd edim ki, yas mərasimlərimizdə xeyli xurafatlar var. Bu xurafatlar hamısı zaman-zaman bəzi hiyləgər mollaların mənfəət üçün artırıb dinə gətirdikləri bidətlərdir. Məsələn, Peyğəmbər bu dinin əsasını qoymuş şəxsdir, ona öz vəsiyyətinə əsasən cəmi üçcə gün yas saxlanıb, nə 7, nə 40, nə 52, nə də il mərasimi təşkil olunmayıb. Bunu İslam tarixi təsdiqləyir. Lakin sonralar ruhanilər yas mərasimlərinin növlərini "icad" edərək özlərinə pul qazanmaq sənəti meydana gətiriblər. Təmtəraqlı yeməklərin təşkil olunması kimi məsələlərin yığışdırılması üçün dəfələrlə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi qərar qəbul edib yığışdırmağa cəhd etsə də Qafqaz Müsəlmanlar İdarəsinin molla şəbəkəsi buna imkan verməyib və bu hələ də davam edir.
Habelə yas mərasimlərini idarə edən mollaların bəziləri ağıllarına gələni danışmaqla, bəsit söhbətlərlə insanları yorur, bəzən dinə ikrah yaradırlar.

Yas mərasimi əgər təşkil edilibsə o mərasimi hökmən mollanın idarə etməsi deyə bir qayda yoxdur dində. Mollanın başa keçib qəzəl,şeir, nağıl oxumasındansa iştirak edən ziyalarılar sıra ilə başa keçib mərhumun yaxşı işlərindən, xatirələrindən danışıb ailəsinə baş sağlığı verməsi həm dinə uyğun olar, həm də milli adətlərimizə. Ancaq təəssüf ki, buna mollalar imkan vermirlər. Əhalimizin də əksəriyyəti dinin mahiyyətindən məlumatsız olduqları üçün belə mollalara etiraz edə bilmirlər və onların etdiklərinə təslim olurlar.
Əgər məclisi molla idarə edirsə, o ilk öncə mərhum haqqında danışmalı, onu tanımayanlara da tanıtmalı, onun yaxşı işlərindən məclis əhlinə söhbət açmalıdır. Sonra dindən, İslamdan, Qurandan bəhs etməli, Quran oxumalı və oxuduğunu tərcümə edərək ərəbcə bilməyənlərin anlaması üçün şərh verməlidir. Yas məclisində şeir və ya qəzəl oxumaq dini rişğənd obyektinə çevirməkdir. Yas məclisi şeir festivalı deyil ki, orada qəzəl oxunsun. Xüsuən də Quranda şeir və şeir yazanlar tənqid edilib. "Şüəra" şairlər surəsində deyilir ki, şairlər etmədikləri işləri danışırlar həmişə...
Yəni şeir adəyən şadlıq və toy məclislərində deyilir. Yasda daha ciddi söhbətlər və tövsiyyələr danışılmalıdır.
Yasda qəzəl oxuyan mollalar bunu öz keflərinə əsasən edirlər. Yaxud da savadları başqa dini söhbətlər etməyə imkan vermədiyi üçün şeir-qəzələ üx tuturlar. Necə ki, bir məsəl də var ki, aşığın sözü qurtaranda dalay-dalay deyər...
Bu kimi işləri edən ruhanilər, mollalar təəssüf ki, nəzarətsizdirlər. Qafqaz Müsəlmanları İdarəsi son zamanlar İranlaşdırma siyasətini gücləndirib, bütün məscidlərə ancaq İranda təhsil alan kadrları təyin edib. Orada təhsil alanlar da yarı siyasi təlim görmüşlərdir ki, onlara da İranda tapşırıq verilib ki, əsasən yas mərasimlərində insanlara kövrək vaxtı təsir edə bilərsiniz. Odur ki, həmin məzunlar və onların təsirində olanlar dindən danışmaq əvəzinə, insanların zövqlərinə uyğun nə gəldi danışırlar ki, bircə çoxunun xoşuna gəlsinlər, təsir dairəsini genişlətsinlər. Yəni, bu faktlar da var.
Amma ümumilikdə yaslarda qəzəl-şeir oxuyan mollalar günah etmiş olurlar. Həmin mollaları yasa dəvət edənlərin borcudur ki, ona irad bildirsinlər və hüzn məclisinin ahəndinə müvafiq söhbətlərin aparılmasını tələb etsinlər. Çünki o mollaya kifayət qədər rüşvət də verilir məclis idarə etmək üçün. Rüşvət ona görə deyirəm ki, hər bir müsəlmanın fərz olan borcudur ki, digər müsəlmanı yerdən götürsün, təmənnasız onun məclisini idarə etsin və pul almasın. Quranda ölü götürüb pul alanlara qarşı, Allahın ayələrini pul qarşılığınd satanlara qarşı Bəqərə surəsində sərt ifadələr, tənqidlər var. Bəzən sual edirlər ki, bəs molla nə ilə dolanmalıdır? Əvvəla İslamda molla, ruhani deyə bir təbəqə yoxdur. Peyğəmbər və İmamlar da mollalıq etməyiblə. Nə də onların davamçıları. Əgər indi bu formalaşıbsa onda mollalar da hamı kimi bir sənət, peşə öyrənib ruzilərini qazanmalı, Allahın dinini qazanca alət etməməlidirlər. Kimisə dəfn edib yasını aparmaq hər kəsin borcudur.

Əgər bilən birisi ölən müsəlmanı dəfn etməsə onun boynunda böyük günah var deməkdir.
Ona görə də mollaların dəfndən, meyit namazından, Quran oxumaqdan aldırları pullar sırf rüşvət hesab edilir. Peyğəmbərin hədisində deyilir ki, cəhənnəmin əksəriyyəti mollalar, ruhanilər, keşişlər, rahiblər, qazılar olacaqdır.
Məhz həmin cəhənnəm əhli həmin molla sürüsüdür ki, digər hədisində də Allah Elçisi onlar hada deyir:" Çox Quran oxuyanlar var ki, Quran onlara lənət oxuyur!"
Ona görə də hesab edirəm ki, bu kimi mənfi işlərin cəmiyyətimizi korlamaması, adət, ənənələrimizə xələl gətirməməsi üçün dövlət qurumları xurafatçı ruhani təbəqəsinə qarşı nəzarəti gücləndirməlidir.

Tural İrfan (Əhmədov)
İlahiyyatçı-alim

Analoq.Az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi