CADU, TİLSİM, SEHR —İNANMAYAN KAFİRDİMİ?..



Din ilə əlaqəsi olmayan dualar və hərəkətlərlə ruh üzərinə təsir etmək. Buna ərəbcədə "sehr" adı da verilir. Bir insanı istənilən şeyi etməyə sövq edən gizli qüvvət, təbiətə zidd hallar meydana gətirən təsirlər. Bunları edənlərə "cadugər" deyilir. Cadunu belə təsvir etmək mümkündür. Hər hansı bir mənfəət uğruna başqasına zərər verməyə yönəlik məşru olmayan yollarla bir sıra gizli qüvvələri istiqamətləndirərək edilən və həqiqətə uyğun gəlməyən göz bağcılıq, hoqqqbazlıq, oyunçuluq şəklindəki işlər. Gözbağcılık, hoqqabazlıq kimi oyunlarla insanları aldadan şəxsə cadugər, bu kəslərin etdiyi işə cadu, bu işin peşə halına gətirilməsinə də cadugərlik deyilir. Cadugərlik, İslamdan öncə ərəblərdə, rumlarda, hindlilərdə, misirlilərdə məşhur idi. Xüsusilə Hz. Musa zamanında cadugərlik etibarlı bir peşə idi. Hz. Süleyman zamanında da məşhur idi. Sehrin özünə görə xüsusiyyətləri və növləri vardır.

Qara cadu: Əsl sehr bu olub bəzi kimsələr, pərilərin və xüsusilə şeytanların müdaxiləsiylə fövqəltəbiət bir sıra əməllər edə biləcəkləri iddiasındadırlar.

Məcaz yolu ilə cadu: Anlaşılamaz, ağıldan xaric şey deməkdir.

Ağ yaxud (təbii) cadu: Zahirən əcaib, lakin əslində təbii səbəblərlə meydana gəlmiş bir sıra hərəkətlər etmək sənətidir. Hoqqabaz qüllələri kimi.

Cadu və cadugərlik İslam'da qadağan edilmişdir. Quran-ı Kərîmdə cadugərlərin nicat olmayacağı (Taha, 20/69) göstərilmişdir. Kafirlər, özlərini haqlı çıxara bilmək, Allahın elçilərini yalanlamaq üçün onları cadugərliklə, cadu etməklə günahlamışlar. Cadugərliklə günahlandırılanların arasında Hz. İsa (əs-Saf, 61/6); Hz. Musa (əz-Zuxruf, 43/49); (əz-Zariyat, 51/39), Hz. Süleyman (əl-Bəqərə, 2/102), Hz. Muhamməd (əl-Hicr, 15/6) zikr edilməkdədir. Başqa bir ayədə, inanmayan insanların bütün peyğəmbərləri cadugərliklə (sehr) günahlandırdıqları görünür (əz-Zariyat, 51/52). Hz. Peyğəmbər (sallallahu aleyhi və səlləm) bir hədisində yeddi şeydən çəkinin "buyurarkən ikinci sırada" sehr etməyi "zikr etmişdir. (Buxari, Iiasaya 23; Müslim, İman, 144). Başqa bir hədisdə cadu edən adamın küfrə girdiyini ifadə etmişdir. Məhəbbət üçün ovsun etmənin, ipə oxumanın, cadu etmənin şirk olduğunu da ifadə etmişdir (Nəsai, ət-Təhrim 19). Caduya inanan adamın Cənnətə girə bilməyəcəyi də (Əhməd İbn Hənbəl, II, 83; IV, 399) göstərilmişdir.

Başqa bir hədisdə də sehrbaza, münəccimə, qeybdən xəbər verən kimsəyə inanan insanın Qur'an'ı inkar etmiş olduğu ifadə edilməkdədir. (Əbu Davûd, Tibb, 21).

Tilsim.
Sirrli bir qüvvət daşıdığına fövqəltəbiət gücü olduğuna, bəzi sirlər saxladığına inanılan şey. Tilsim qarşılığında dilimizdə sehr, cadu, ovsun sözləri istifadə edilməkdədir.

İslam tilsim edilməsini da, tilsimə inanılmasını da qadağan etmiş, mədət umaraq onu peşə etməyi şiddətlə rədd etmişdir. Ayrıca İslam, tilsimin möcüzə və kəramətə bənzədilməməsinə diqqət göstərmiş, onu müşrik və kafirlərə xas bir fəaliyyət olaraq qiymətləndirmişdir. İslama görə tilsim, Allahdan gələn məlumatlara əsaslanmır. Quran-ı Kərim, tilsim və ona bənzər fəaliyyətləri batil və şeytan işi saymış (əl-Əraf, 7/102), sahir sözüylə də cadu və tilsim edənləri nəzərdə tutmuşdur (əl-Əraf, 7/109, 113; ət-Tur, 52/15; əl-Hicr, 99 / 14-15). Hz. Muhammədə (Aleyhissalatu Vəssalam) gələn ilahî vəhyə inanmayanlar ona sehrbaz, cadugər və tilsimçi böhtanında olmuş və sözlərini də sehr saymışlar (əl-Muddəssir, 74/24).

Ümumiyyətlə ilahiyat və sosiologiya ilə maraqlanan Alimlərə görə tilsimin təsiri daha çox psixolojidir. Xalq tilsimin təsirini görüncə onu edən adama bağlanar və sanki onun müştərisi olar. Özünə tilsim edilən adam, bunun təsirindən xilas olmaq üçün Hz. Peyğəmbərin etdiyi kimi İxlas, Fələq və Nas surələrini üç dəfə oxuyaraq bütün "bədəninə üfürməlidir. Bu hərəkətin üfürükçülüklə bir əlaqəsinin olmadığını, əksinə Qur'an-ı Kərimdən şəfa ümid etməyə əsaslandığını ifadə etməkdə fayda vardır. Qur'an-ı Kərim və Hədisi -i Şərif`lər, Allah'ın iradəsi xaricində heç kimsənin kimsəyə fayda və ya zərər verməyəcəyini dəfələrlə vurğulamış, tilsim edən adamda fövqəladə bir güc olduğuna inanmağı tamamilə rədd etmişdir (əl-Maidə, 5/90; Taha, 20/69)

Sehr
İnsana yönəlik olaraq təbiət üstü gizli güclərin köməyi və vasitəsilə müəyyən bir məqsədi həyata keçirmək və müəyyən bir məqsədə çatmaq üçün tətbiq olunan və təsirli olduğu qəbul edilən fəaliyyət; bir şeyin və ya hadisənin gerçək mahiyyətindən uzaq olaraq başqa bir halının göstərilməsi.

Sehr, İslamın qəti olaraq qadağan edib rədd etdiyi bir inanc və əməl olub təbiət qüvvətləriylə insanlara bir sıra təsirlərin edildiyi söylənilən primitiv bir anlayış və faktdır. Tövhid inancının insanların həyatından uzaq qaldığı dövrlərdə cəmiyyətlərin primitiv inanclara saplanmasıyla və xüsusilə totem inancının məşhur olduğu kütlələr arasında müxtəlif göz boyama yollarıyla edilən sehr, qədim İran, Çin, Mesopotamiya, Ərəb yarımadası, Misir və Hindistanda rast gəlinən bir peşə halına gətirilmişdir. Allah inancının və sağlam düşüncənin zəiflədiyi dövrlərdə daha çox rast gəlinən bir hadisə olan sehr, bəzi cəmiyyətlərdə dini mərasimlərə bir inanc halına gətirilmiş və Allah'ın qüdrəti unudularaq bir çox sehrbaz və kahinin sözləri etibarlı qılınmışdır. İslam'ın sehrbaz və kahinləri qınaması, insanları bəsit inanc və düşüncələrlə əyləndirib onları həqiqətdən, Allah inancından uzaqlaşdıraraq primitiv və ağıldan kənar anlayışlara sürükləmələrini əngəlləmək üçündür.

TOPLAYIB TƏRTİB ETDİ: ƏZİM CAVANŞİR

Analoq.az

CADU, TİLSİM, SEHR —İNANMAYAN KAFİRDİMİ?..скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
#

Viktoriya1995

написал 0
Если у вас на работе или дома заблокирован доступ к этому или любому другому сайту
Используйте тор браузер он обходит все возможные блокировки провайдеров.
https://tor-browser-vpn.ru/