Mormonlar - çoxarvadlı və çoxərli xristianlar



XIX yüzilin ilk yarısında Şimali Amerikada qurulmuş olan çox dəyişik, geniş ölçüdə narazılıqlar yaratmış bir xristian məzhəbinə “mormon”, bu məzhəbdən kimsələrə də “mormonlar” adı verilir. Məzhəbin əsl adı “Sonrakı gün əzizləri” kilisəsidir.

“Sonraki Gün əzizləri” Kilisəsi, rəsmi qeydlərə görə 1830-cu ilin 6 aprel günü Nyu-Yorkda, La Fayettedə Cozef Smith (1805-1844) adlı biri tərəfindən qurulmuşdur. Öz iddiasına görə ona 14 yaşındaykən vəhy gəlib. “Mormon kitabı” üçün vəhy alan Cozef Smith bu kilisəni ilk qurduğunda sadəcə 6 üzvü vardı. Bunlar eyni zamanda qurucu üzvülər idilər.

Bu məzhəb yaranan dönəmdə böyük çətinliklərlə qarşılaşan, gördükləri etiraz səbəbiylə yerlərini-yurdlarını buraxmaq məcburiyyətində qalan Cozef Smith və onun ardından gedənlər Smithin “Vəd edilmiş torpaqlar” saplantısına uyaraq Qərb yoluna düşdülər. Bunlardan bəziləri Ohayoya, bəziləri də Missuriyə getdilər. İçlərindən böyük bir qismi Nauvooda, ilk yerləşik Mormon toplumunu qurduqları İllinoysda yerləşdilər. 1844-cü ildə Cozef Smith və qardaşı Hayrum, qorunmaq məqsədiylə həbsxanaya salınmış olmalarına rəğmən qızğın, gözü dönmüş bir topluluq tərəfindən öldürüldülər.

Məzhəbə qarşı sərt bir etiraz göstərilməsinin səbəbi, mormonların materialist dünya görüşü və çoxevliliyi müdafiə edib uyğulamalarıydı. Bu məzhəbə görə, kişilər də, qadınlar da birdən artıq şəxslə evlilik qura bilirdilər.

Cozef Smithin yerinə Briqham Younq keçdi. 1846-cı ildə, Mormon kilisəsinin yeni başçısı Briqham Younq və onbeş min Mormon, Qayalıq Dağlar bölgəsinə doğru yürüyüşə keçdilər. 1847-ci ilin iyul ayı içində, ilk və öncü Mormon topluluğu Salt Lake (Tuzlu Göl) vadisinə çatdı. Bugün Utah adıyla bilinən çevrədə torpağı işləməyə başladılar. Utah o zamandan bəri Mormon kilisesinin qərargahı, mərkəzi olmuşdur.

Kilisənin təməl inancı, insanların ancaq öz günahlarından dolayı cəzalandırıla biləcəkləri, Adəmin günahlarından sorumlu olmadıqlarıdır. Zamanla bəlli ölçüdə yayğınlaşan Mormon məzhəbi üzvlərinin sayı, günümüzdə təqribi olaraq 500.000-dir. Yenə təqribi olaraq 2000 Mormon gənci, davamlı şekildə “misioner”liklərini sürdürürlər.

Amerikada bu məzhəbə qarşı ən şiddətli etiraz, çox evlilik uyğulamasından doğmuş və 1882-ci ildə bu qaydanın uyğulaması özəl bir qanunla yasaqlanmışdır.

ƏNVƏR ÇİNGİZOĞLU
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi