Numerologiyaya görə mənzil nömrələriniz nə deyir?



Numerologiya — rəqəmlərin təkcə riyazi deyil, həm də magik xassələrə malik olduğunu sübut etməyə çalışan elm sahəsidir.

Məsələn, siz 72 nömrəli mənzildə yaşayırsınız. Toplama aparacaqsınız. 7+2 = 9. Doqquzuncu nömrəyə baxacaqsınız. Beləliklə öyərinin:

Mənzil nömrənizin cəmi BİR edirsə: Sizin eviniz yaşamaq üçün ideal yerdir. Evin atmosferini sakit söyləmək olmaz. Əksinə, səs-küylü, qarmaqarışıqlı, işli, məclis, əyləncə və bayramların qeyd edildiyi məkan. Bura məhəbbət və xoşbəxtlik adasıdır. Başqa şəxsləri bura maqnit kimi cəzb edir. Hətta bu nömrə altında tək adam yaşasa da, gec-tez öz ideal yarısını tapacaq, xoşbəxt və harmonik ailəsini quracaq.

Mənzil nömrənizin cəmi İKİ edirsə: İki nömrəli mənzil yeni ailə qurmuş gənclər üçün ideal yerdir. Bu mənzildə ilk dəfə başqa adamla yaşamağa dəyər. Atmosfer imkan verir ki, bir-birlərinə tez isinişsinlər.
Tək adam üçün bu nömrə qəbuledilməz deyil. Bura şərik və dostunuzu sizdən uzaq salacaq.

Mənzil nömrənizin cəmi ÜÇ edirsə: Bu nömrəli ev və mənzil yaşlı adamların yaşaması üçün məqbuldur. Bura ömrün qalan hissəsini keçirmək üçün ideal yerdir. Eləcə də "yurd-yuva" salmaq, "valideyn qərargahı" qurmaq üçün yararlıdır.

Mənzil nömrənizin cəmi DÖRD edirsə: Bura fəal şəxslərin, yerlərində durmayan adamların yaşaması üçün çox düşərlidir. Bu mənzildə onlar uğur qazanacaqlar, öz enerjilərini itirməyəcəklər

Mənzil nömrənizin cəmi BEŞ edirsə: Ən düşərli rəqəmdir. Beş nömrəli mənzillər ağlasığmaz enerji daşıyırlar, pozitiv enerjinin isə qaynağıdırlar. Adətən, bu mənzillər ətrafdakılarından daha çox uğur qazanmış adamların ocağıdır. Həmin şəxslər yüksək status daşıyırlar.

Mənzil nömrənizin cəmi ALTI edirsə: Bu nömrə altındakı mənzillər möhkəm təməlli ailərin sığıncağıdır. Onlarda həmişə rahatlıq, əmin-amanlıq, mehribanlıqdır. Ev-ailə mehrini hiss etmək üçün həmişə ora qayıdırsan. Orda həmişə qonaqlar olur, insanları özünə cəlb edir.

Mənzil nömrənizin cəmi YEDDİ edirsə: Ziyalıların yaşaması üçün ideal yerdir. Bu mənzillərdə elm, bilik, kəşf, tərəqqi çağlayır.

Mənzil nömrənizin cəmi SƏKKİZ edirsə: Birləşməyi axtaranlar üçün gözəl yerdir. Onlar hadisələrin mərkəzində olmağı xoşlamırlar. Həmişə tək dincəlməyi sevirlər. Bu mənzildə insan özünü tanımaq istəyir. Öz daxili aləminin harmoniyasına qovuşmaq istəyir. Bu dünyaya heç kimi buraxmaq istəmir. Daha çox subayın mənzilidir.

Mənzil nömrənizin cəmi DOQQUZ edirsə: Doqquz — müdrikliyin çiçəklənməsidir. Bu mənzillər müəllimlərin, rəhbərlərin, siyasilərin yaşaması üçün ideal yerdir. Başqalarını öyrədənlərdən, başqalarına başçılıq edənlərdən ötrüdür. Amma bu mənzildə yaşayanlar yuxusuzluqdan, gecə qorxularından əziyyət çəkirlər. Onlar ətrafdakıları, qonşuları xoşlamırlar. Bu xasiyyətlərini özləri də anlamırlar.

Əzim Cavanşir
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi