BAŞ AĞRISI ÜÇÜN LOĞMANDAN QALAN ÇARƏ



Günümüzün gərgin iş və həyat tempində baş ağrısı bir çox insanı narahat edir. Gün ərzində baş verən müxtəlif hadisələr, eşitdiyimiz xəbərlər, müxtəlif yer və zamanlarda müzakirə və mabahisələr və s. baş ağrısına səbəb olan amilllərdəndir.

Ümumiyyətlə, baş ağrısının bədənin fiziki və ruhi stressə verdiyi cavab olduğunu söyləyən mütəxəssislər, bu stressin başdakı və boyundakı əzələləri ilə qan damarlarını da daraltdığını və daha sonra genişlədərək migrenə gətirib çıxardığını açıqlayırlar. Bundan başqa, sinuslar tıxansa və ya iltihabı baş versə, ağır baş ağrısına səbəb ola bilər.

Mövcud olan baş ağrılarını evdə müalicə etmək mümkündür. Bu müalicə üsullarından bir qismini sizə təqdim edirik:

Zəncəfil kökü: Zəncəfil miqrenə qarşı müvəffəqiyyətli müalicə vasitəsidir. Zəncəfil migrenlə birlikdə ürəkbulanmanı da dayandırmağa kömək edir. 2 stəkan suyun içinə zəncəfil kökünü ataraq 30 dəqiqə qaynatdıqdan sonra istifadə edilməlidir.

Çobanyastığı çayı: Baş ağrısı zamanı bir stəkan çobanyastığı çayı ağrını azaltmağa köməkçi komponentlər ehtiva edir. Bir fincan qaynamış suya bir paket çobanyastığı çayı əlavə edib və təxminən 10 dəqiqə dəmləmək lazımdır. Həmin çaya bal da əlavə etmək olar.

Nanə yağı: Ayaq vannasının baş ağrısı üçün güclü bir müalicə ola biləcəyi ifadə edilir. İsti su qanı ayaqlara doğru çəkir və başdakı qan damarları insan üzərindəki təzyiqi boşaldır. Bu suya bir neçə damla nanə yağı əlavə etdikdə bu daha da təsirli olur.

Əzim Cavanşir

Analoq.azскачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi