Tatu: Dəb ya dəlilik?



Hazırda dünyanın bir çox inkişaf etmiş ölkəsində, xüsusən də Amerikada döymə sektoru böyükdür. Hesablamalara görə, hər il bu dükanlarda təxminən 1.85 milyard dollar sərf olunur. Lakin Amerikanın rəsmi, dövlət işlərində işləyən şəxslərin döymələrdən istifadə etməsində bir sıra qadağalar var. Türkiyədə də döymələr kütləvi hal almağa başlayıb. Qardaş ölkənin bir sıra kəndləri var ki, o kəndlərdə döymənin xüsusən qadınlar tərəfindən qadınlara edilməsi bir ənənədir. Döymə xüsusən iki qaşın arasına və dodaq altına edilir, mənası isə böyük bir tayfanın ən böyük xanımı deməkdir.

Artıq Bakıda da döymə artıq dəb halını alıb. Xüsusilə qızlar arasında döyməyə maraq həddən artıqdır.
Tatuaj həvəskarları arasında yeni dəb yayılıb. Akvarel rəsmlər, rəngli naxışlar və mürəkkəb piktoqramları bədənin müxtəlif əzalarını tam örtən qara tatular əvəzləyib.

Bəziləri isə qara tatuları qarınlarına və ya bellərinə yerləşdirirlər. Bu stil "blackwork" adlanır, tatu üçün yalnız qara rəngdən istifadə olunur.
Döymə və ya tatu - Tatu etdirmək artıq bizim mədəniyyətimizdə də tabu olmaqdan çıxmağa başladı və ətrafımızda daha çox döyməli insan görər olduq.

Əvvəllər yalnız gənclərin faça izlərini gizlətmək üçün etdirdikləri çirkin şəkillərdən ibarət döymə anlayışı da getdikcə inkişafa başladı. Yaxşı amma bu döymə nədir?
Döymə dəri altına xüsusi rənglər vaistəsi ilə şəklin çəkilməsidir. Tatunun növü bir qayda olaraq sifarişçi tərəfindən seçilir və onun daşıyıcısını fərqləndirir.

Yaşlı nəsil bu sual atrafında düşünür: "Tatu dəbdi, ya dəlilik?!

Əzim Cavanşir

Analoq.az


Tatu: Dəb ya dəlilik?скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi