Şəhrizad: 1001 gecəlik sevgi



Bu qadın öz ağlı ilə tarixə düşə bilib. Sultan Şəhriyar arvadlarından birinin xəyanətindən dərin sarsılır və yer üzünün bütün qadınlarını da etibarsız elan edir. O, qadınlardan özünəməxsus şəkildə qisas alır. Belə ki, evləndiyi qadını hər gecənin səhərində qətlə yetirir. Növbə vəzirin gözəl və ağıllı qızı Şəhrizada çatır. Ağıllı Şəhrizad şahının niyyətini gözəl anlayır və evləndikləri gecə şaha maraqlı bir nağıl danışır, lakin onu səhərə yaxın ən maraqlı yerində yarımçıq bitirir. Beləliklə, hər gecə şaha bir yeni nağıl söyləyən Şəhrizad hər nağılı belecə tamamlamamış halda bitirir və hər yarımçıq nağılı ilə həyatını xilas edir. Əhvalat bu minvalla düz 1001 gecə davam edir və yekunda Şəhrizad şahın qəzəbindən həmişəlik qurtula bilir.

“Min bir gecə nağılları” təkcə öz rəngarəngliyi və erotik cazibəliliyi ilə diqqət çəkmir. Qərb məhz bu nağıllar vasitəsilə Şərqin həyat tərzini, abu-havasını təsvir edə bilib. Burada təkcə ərəb ölkələrini deyil, bütövlükdə Şərqi görmək mümkündür. Odur ki Qərb gerçəkliyə bir az da təxəyyülünü qataraq özünü Şərqdə bir qiraətlik belə olsa təsvir etmək həzzini əldən verməyib. Buna görə də Qərb ölkələrinin demək olar ki, hamısı bu nağılları öz dilinə çevirib. Avropa ilk belə tərcüməni 1704-cü ildə fransızca oxuya bilib. Sonrakı tərcümələrin əksəriyyəti məhz ikinci dildən, yəni fransızcadan edilib. Daha sonralar orijinal dilə müraciət olunaraq çevrilib, amma orijinaldan tərcümə edərkən, üstündə “əl gəzdirməli” olublar. Çünki qərb oxucusu, özü də azyaşlısı insest dolu şərq sevgisinə, poliqamiyaya hazır deyildi. Görünür, tez öyrəniblər ki, bu gün avropalılar orta məktəblərdə növbənöv seks dərsləri verirlər.

Qərb mütəxəssislərinin fikrincə, ilk dəfə seriallar çəkilməyə başlayanda da məhz Şəhrizadın bu üsulu nəzərə alınıb. Fikir verirsinizsə, seriallar (təkrarları çıxmaq şərtilə) əsasən gecələr verilir və təxminən iki saatlıq bölüm ən maraqlı yerində bitdikdən sonra yorğun izləyici serialın təəssüratından ayrılmadan yatağına girir. Təbii ki bu, insanlara bədii zövq verməklə yanaşı, həm də sosial xarakter daşıyır. Seriallardan narkomancasına asılı qalan tamaşaçı artıq, ondan başqa heç nə düşünmür, hətta baş qəhrəmana özünü bənzədir, onun kimi davranır, özünü də orada təsəvvür edir, yatağına belə o serial və qəhrəmanları haqqında düşünərək uzanır. Bəşəri, sosial problemlərdən uzaqlaşaraq, manqurtlaşır. Zəif iradəli, təsir altına tez düşən neçə belə insanın ailə dağıtdığı, serialda yaşanan hadisələrdən depressiyaya düşüb intihar etdiyi, infarkt keçirdiyi danılmazdır.

Əzim Cavanşir

Analoq.az

скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi