Yelizaveta Batori: Qanlı qrafinya



Olduqca zəngin və tanınmış Batori ailələrindən birinə mənsub olan Yelizaveta 1560-cı ildə dünyanın uzaq guşələrindən biri olan Transilvaniyada anadan oldu. Onun mənsub olduğu soydan kardinal, cəngavərlər çıxıb. Amma bu macar əsilli Batori soyuna mənsub olan medalın bir üzü idi. Medalın digər üzündə yaxın qohumların evlənməsi nəticəsində anadan olan anormal insanlar vardı.

Belə ki, Yelizaveta Batorinin əmilərindən biri satanist ayinlərin düşgünü, xalası Klara xidmətçilərinə işgəncələr verməkdən həzz alan manyak, qardaşı Stefan isə əyyaş idi. Yelizavetanın özündə belə, hələ uşaq ikən anormallıq hiss edilirdi. Onun dünyaya gəldiyi illərdə Osmanlı imperiyasında bir durğunluq, tənəzzül vardı. Gələcək qatil 6 yaşında ikən balaca qız övladını osmanlılara satmaqda günahlandırılan bir qaraçının tükürpərdən edamının şahidi olmuşdu. Bu edam səhnəsi Yelizavetanın daxilində güclü bir iz buraxmışdı. Amma belə bir mühitdə böyüməsinə baxmayaraq, Yelizaveta çox zəkalı idi və o hələ uşaq ikən macarca, latınca və almanca yazıb-oxumağı öyrənmişdi. Digər tərəfdən də, o, uşaqlıqdan özünü oğlanlar kimi aparır və kişi paltarı geyinirdi. 12 yaşında ikən hamilə qalmışdı. Onun dünyaya gətirdiyi qızı bir kəndliyə verdilər və bu barədə ömrünün sonuna kimi susmasını tapşırdılar.

1575-ci ildə osmanlılara qarşı savaşlarda olduqca qəddarcasına mübarizə aparan və ələ keçirdiyi əsirləri işgəncələrlə öldürməklə ad çıxaran və "qorxulu beşli" ləqəbli Ferencz Nadasdu ilə ailə həyatı qurdu. Onlar bir müddət Ferenczə məxsus Sarvar qəsrində yaşadılar. Amma bütün günlərini savaş meydanlarında keçirən Ferencz yenidən döyüş meydanına qayıtdı və qəsrdə yalnız Yelizaveta və xidmətçiləri qaldılar. Evliliklərinin ilk 10 ilində uşaqları olmadı. Amma sonra 4 uşağı dünyaya gəldi.
Qəsrdə tək qalan Yelizaveta xalası Klara kimi xidmətçilərə işgəncə verməyə və bundan həzz almağa başladı. Ən çox gənc qızlara əzab-əziyyət verirdi və bundan xüsusi zövq alırdı. Sonra cadugərlərdən Doroti (Dorothea) ilə tanış oldu və onun dedikləri ilə hərəkət etməyə başladı.

Həm ər, həm də arvad əlləri altındakılara dəhşətli işgəncələr verməkdə sanki bir- biri ilə yarışa girmişdilər. Osmanlı əsgərlərinə qəfil hücumları zamanı əsir götürdüyü adamlara Ferencz Nadasdu elə işgəncələr verirdi ki, ətrafındakılar belə, bu səhnələrə baxa bilməyərək, oranı dəhşət içində tərk edirdilər. Ona görə də döyüş dostları və yerli əhali öz aralarında Nadasdunu "qara şovalye" (qara cəngavər) adı ilə çağırırdılar.

Yelizaveta da ərindən geri qalmırdı. O, xəstə olduğunu deyən xidmətçilərinin barmaqları arasına benzinlə isladılmış kağız və ya parça qoyaraq od vururdu. Bu yanğıya tab gətirməyən xidmətçilər bir də onun yanında xəstəliklərindən söhbət açmırdılar. Bir dəfə əzab və işgəncələrə dözməyərək qəsrdən qaçan 12 yaşlı Polanı tutduraraq geri qaytaran Yelizaveta qızı yarıoturmuş vəziyyətdə hər tərəfdən oxlar bərkidilən silindrin içinə soxdurdu. Bundan sonra silindri fırlatdılar və nəticədə, oxlar qızın bədənini deşik-deşik etdi...

Yelizaveta sifariş verdiyi paltarını tikə bilməyən dərziyə də ağır işgəncələr verdirmiş və onun ağzını barmaqları ilə ayıraraq çənəsini sındırmışdı. Paltarını yaxşı ütüləyə bilməyən xidmətçilərdən birinin üzünü dəmir ütü ilə dağlamışdı. Ona görə də Yelizaveta xalq arasında "Qanlı qrafinya" adı ilə çağırılırdı. O, ətrafındakılara daha dəhşətli işgəncələr vermək və bundan zövq almaq üçün yeni üsullar axtarırdı. Bu işdə ona tanış olduğu, insan cildinə girmiş vəhşi heyvanı xatırladan Anna Darvulia adlı qadın yardım etməyə başladı.

Bu qadın tarixə qanlı qrafinya adı altında düşə bilib. Pozğun qadının çoxlu məşuqları olub, ən tanınmışı isə rəssam Karavadjo hesab edilir. Yazılara görə, o, rəssam üçün yalnız bədənini satan qadın kimi yox, həm də əsl sevgi ilahəsi idi. Müasirlərinin xatirələrində qeyd olunanlara görə, Batori ilahi gözəlliyə malik idi, ölümünə qədər də gözəl qalır. Çünki, qrafinya qətlə yetirdiyi bakirə qızların qanında çimirdi. Onun qurbanlarının sayı təxminən 600 qadın olur, onların arasında adi qulluqçu və kəndlilərdən savayı, həm də nəcib nəslin nümayəndələri də var idi.

1611-ci ildə 50 yaşlı sadist qadını məhkəməyə çəkirlər. Onun ölümündən sonra beş uşağı da harasa yoxa çıxır, bütün qızıl və torpaqları hökmdarın əlinə keçir. Batori pozğun, 600 bakirənin qətlində günahkar, qaniçən qatil kimi tarixdə mənfi də olsa iz buraxa bilir. Macarıstanın özündə isə qadını vampir adlandırılar. Hesab edirlər ki, o, öz əməllərinə görə qraf Drakuladan heç də geri qalmırdı.

Əzim Cavanşir
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi