GÖZLƏRİN DEYİR Kİ...



Alimlərin son araşdırmalarına görə, göz rənginiz necə biri olduğunuz, xarakteriniz haqqında qarşınızdakı adama məlumat verir.

Göz nevroloji baxımdan birbaşa beyinlə əlaqəli bir orqandır. Hətta beynimizin bir hissəsidir. Beyin orqanına fiziki olaraq baxdığımızda da bunu görə bilərik. Beynimizin xüsusiyyətləri təbii olaraq gözlərimizdə əks olunur.

Yaxşı, qarşımızdakı adamın göz rənginə baxaraq onun xarakteri haqqında necə məlumat ala bilərsiniz? Sizə yardımçı olaq:

BOZ GÖZLÜLƏR

Çox nadir olaraq rast gəlinən boz gözlər əslində mavi rəngin bir növünə aiddir. İki fərqli xarakteri daşıyan boz rəng gözlərə sahib insanlar haqqında deyilən ən əhəmiyyətli şey, sirli və qapalı olmamalarıdır. Belə insanlar, ümumiyyətlə digər insanlara kömək etmək üçün yanaranıblar.

Ümumiyyətlə rəngli gözlərə sahib kəslər: Özünə etibarı çox-çox olan kəslərdir. Rəngli gözlərə sahib olanlar düşüncələriylə deyil, ürəyi ilə hərəkət etməyi sevirlər. Onlar ürəyinin səsiylə hərəkət edirlər.

Boz və soyuq rəngli gözlərə sahib kəslər: Əgər elə biriylə sevgi yaşayırsınızsa, o zaman onun xarakterini dəyişməyə cəhd göstərməyin. İstədiyiniz olmayacaq…

MAVİ GÖZLÜLƏR

Sabit olmağı sevməyən, enerji dolu, qərar vermə qabiliyyətinə sahib, müsbət, əliaçıq kəslərdir.Ən böyük qüsurları doğruyu görməkdə çətinlik çəkmələridir.

Mavi gözlü insanlar enerjili, pozitiv düşüncəli, tez qərar verməyi bacaran olurlar. Əli açıq olan mavi gözlülər dəyişikliklərdən qorxmurlar. Bir az xəyalpərəstirlər. Bunun üçündə reallıqları görməkdə çətinlik çəkirlər. Mavi gözü olan insan ətrafındakılar tərəfindən çox sevilir. Vəzifəpərəst olmurlar.

Mavi göz rənginə sahib insanların böyük bir mənəvi gücü var. Bunu hansı istiqamətdə istifadə etdiklərinə uyğun olaraq xarakterləri haqqında fikir söyləyə bilərsiniz. Bu insanlar əsla tərəddüd içində qalmırlar. Eqoistlik kimi xüsusiyyətlərə sahib olmaları da heç kimə sirr deyil. Mavi gözlü insanlar inkişafa daha açıq, daha müasir və asan adaptasiya ola bilən insanlar olaraq ümumiyyətlə digər insanlardan fərlənirlər. Araşdırmalar nəticəsində məlum olub ki, doğum sancısı və hamiləlik stressini mavi gözlü qadınlar daha rahat keçirir. Bundan əlavə onlar qarşısındakı insana təsir etmək gücünə də sahibdirlər.

ALA GÖZLÜLƏR

Ala gözlü insanların, hissləri son dərəcə qüvvətlidir.Yumşaq başlı və anlayışlı olan ala gözlü insanlar, qürurlarına həddindən artıq bağlıdırlar.Lakin qürurları incidiyində nə olursa olsun, əsla bağışlamırlar.

Ala gözlülər-intuisiaları güclüdür, olduqca həssas bir ürəyə sahibdir. Çox qürurlu olurlar və qürurlarını qıranları əsla bağışlamırlar.

Ala gözlər çox xüsusi bir xarakterin aynasıdır əslində. Üstünüzdəki rəngə və işığa görə yaşıldan qəhvəyə doğru dəyişən ala gözlərə sahib insanlar, özünə xas xüsusiyyətləri ilə seçilirlər. Ümumi olaraq, spontan yaşayan və azad insanlar olan ala gözlülər balanslı olsalarda sirrli istiqamətləriylə də diqqət çəkirlər. Ala gözlü insanlar həzm sistemi problemlərini daha çox yaşayırlar.

QARA GÖZLÜLƏR

Hadisələr qarşısında tez həyəcanlanan qara gözlü insanlar romantik strukturlarıyla bu mənfiliyi hər vaxt yaşayırlar. Həm sevgisi, həm də kinliliyi çox-çox olan qara gözlü insanlar, həssas bir ürəyə sahiblərdir.

Qara gözlü insanlar çox həyacanlanan, nizam-intizamlı olurlar. Onların sevgisi kimi kinləri də çox güclüdür. Qarşılarındakı insanları daima idarə etmək istəyirlər. Qara gözlər ehtiras, çoşğu əlamətidir. Amma bəzən belə rəngli gözü olan insanlar təsəvvür ediləndən də hiyləgər ola bilərlər.

YAŞIL GÖZLÜLƏR

Yaşıl gözlü insanlar sevdiklərini incitməyən bir quruluşa sahibdirlər.Çox əsəbi insanlardır. Əsəblərini cilovlaya bilməyi bacaran və incidici olmamağa diqqət göstərən insanlardır.Duyğularını,idarə altına almağı bacara bilirlər.

Yaşıl göz insanlar çox əsəbi olmaqlarına baxmayaraq heç kimin xətrinə dəyməməyə çalışırlar. Bunun üçün də hisslərinə hakim olmağı bacarırlar. Gözü yaşıl olan insanlar yaxşı qərar verə bilən və qabiliyyətli olurlar. Onlar son dərəcə qısqanclıqları ilə də seçilirlər.

Cazibədarlıq bu gözlərə sahib insanların ortaq xüsusiyyətidir. İnsanlara təsir etmək gücünə sahibdirlər. Ətrafındakıları idarə etmək kimi xüsusiyyətə sahib olmasalar da insanları çaşdırmaqda və yalnış istiqamətləndirməkdə ustadılar desək yanılmarıq. Başqa özəllikləri sirrli və özünə inamlı olmalarıdır. Yaradıcıdırlar, emosiyalarını cilovalamağı bacarırlar.

QƏHVƏYİ GÖZLÜLƏR

Hər mühitdə şəxsi həyatlarına aid detalları izah etməkdən çəkinməyən gözlülər, Qəhvəyi gözlü insanlar pis niyyətsiz insanlardır.Ən mənfi xüsusiyyərləri dünyaya bağlı gözlə baxmalarıdır.Bir neçə dəfə xəyal qırıqlığı yaşaya bilirlər.

Qəhvəyi gözlülər - belə insanların ən pis xüsusiyyəti üzlər haqqında olan sirləri hamıya demələridir. Adətən "gözü bağlı" olurlar. Yaşadıqları uğursuzluqlar həyatda daha real qərarlar verməklərinə kömək edir. Qəhvəyi rəngli gözlü insanlar başqalarını düşünən, hamı ilə yola getməyi bacarırlar. Amma bəzən onların sədaqətsiz olmaları və işlər istədiyi kimi getməyəndə, Çox əsəbləşdiklərini görmək olar..

ƏZİM CAVANŞİR

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi