Surma qəbiləsi: Qan içmə ritualı



Surma Efiopiyanın cənubunda - Sudanla sərhədin yaxınlığında yerləşən Omo vadisi dərinliklərində yaşayan qəbilələrdən birinin adıdır.

Bu qəbilənin üzvləri 20 622 nəfərdir. Onlardan 19 622 nəfəri Efiopiyada, 1000 isə Cənubi Sudanda yaşayır. Maldarlıqla məşğul olurlar.

Surmalılar cəngavərlikləri, qaniçmə vərdişləri ilə regiona qorxu salıblar. Digər qəbilələrdən olanlar öz yanlarına buraxmırlar. Hər biçin mövsümünün sonunda özlərinə məxsus ritualları ilə diqqət çəkirlər. Surma kişiləri əllərində çubuq güc nümayiş etdirirlər. Mərasimdə yüzlərlə savaşcı iştirak edir, çox qan axır. Döyüşçülər döyüşdən bir gün əvvəl xüsusi hazırlanan içki içərək hazırlanır, döyüş gününə qədər heç bir şey yemirlər. Döyüş öncəsi inəyin sidiyi ilə yuduqları qablara inək qanı dolduraraq içirlər. Onlar qanını aldıqları inəkləri öldürmür, qanı xüsusi qabın içinə yığdıqdan sonra deşdikləri nöqtəyə palçıq basaraq qan axmasını dayandırırlar.

Əzim Cavanşir

Analoq.az

скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi