• 18:00 – Avtobusda sürücünü döyən oğlanın atası görün nə dedi 
  • 15:00 – Ərəbistan kralı Donald Tramp üçün dua edib 
  • 13:35 – İşdən çıxarılan lisey direkoruyla bağlı məlumatı Təhsil Nazirliyi təsdiqləməyib 
  • 12:00 – Azərbaycan İsrail-Fələstin münaqişəsinin siyasi həllini dəstəkləyir 
  • 11:00 – Prezident sərəncam imzaladı 
  • 10:00 – İlham Əliyev BMT-də ümumi müzakirələrin açılışında iştirak edib 
  • 21:35 – Ağcabədi məktəbində eşq məcaraları-Şagirdlər dərs öyrənir yoxsa? 
  • 19:30 – 40 ABŞ hərbiçisi həlak olub. 

Turizm Qubanın əsas gəlir mənbəyi ola bilər

  • Tarix: 28.02.2016, 02:21,
  • Bölmə: Maraq
  • Baxılıb: 5245
Turizm Qubanın əsas gəlir mənbəyi ola bilər Turizm Qubanın əsas gəlir mənbəyi ola bilər Turizm Qubanın əsas gəlir mənbəyi ola bilər
Turizm Qubanın əsas gəlir mənbəyi ola bilərTurizm Qubanın əsas gəlir mənbəyi ola bilər
Turizm Qubanın əsas gəlir mənbəyi ola bilər

Akif ƏLİYEV,
“Azərbaycan”

Gözəl təbiətə, valehedici flora və faunaya malik olan Quba bütün dövrlərdə Azərbaycana gələn turistlərin maraq göstərdiyi məkanlar sırasında yer alıb. Quba həm də qədim tarix-mədəniyyət abidələri, sənətkarlıq nümunələri ilə məşhurdur.
Odur ki, xalçaçılıq, misgərlik və digər qədim peşələrin indiyədək yaşadığı Quba səyahət həvəskarlarını və təbiət vurğunlarını bu gün də heyran qoyur.
Paytaxtdan 150 kilometr şimalda, Şahdağın və Qudyalçayın ətəklərində qərar tutan Quba nəinki Azərbaycanın, eləcə də bütün Qafqazın gözəl guşələrindən biridir. İlin bütün fəsillərində burada səyahətə çıxan minlərlə təbiət həvəskarına rast gəlmək mümkündür. Hər fəslin gözəlliyini öz görkəmi ilə göstərən dağ və dərələr, tarixi qədim dövrlərə gedib çıxan kəndlər, sıx meşələr, sərin bulaqlar bura yolu düşənləri ovsunlayır, onları təkrar-təkrar bu füsunkar diyara qayıtmağa məcbur edir. Quba Olimpiya İdman Kompleksi, SPA mərkəzləri, Xınalıq kəndi, tarixi abidələr və onlarca digər bu kimi ünvanlar Qubanın qədim və yeni simasıdır. Üstəlik, Qubanın bir addımlığında yerləşən Qusar... İki turizm məkanının yanaşı olmaları bölgəyə olan marağı təkcə artırmır, həm də turizm coğrafiyasını genişləndirir.
Qubadakı istirahət mərkəzləri ilin bütün fəsillərində fəaliyyət göstərir, özü də yüksək səviyyədə. Çünki rayonda bu sahədə çalışanlar vaxtaşırı xüsusi kurslarda iştirak edir, təcrübələrini artırırlar. Axı istirahət mərkəzlərinin təkcə xarici görkəmi deyil, daxili xidmətləri də müasir tələblərə cavab verməlidir. Qubada buna da xüsusi diqqət yetirilir.
Ümumiyyətlə, bu yerlərdə turizmin daha geniş miqyas alması, inkişafı üçün hər şərait var. Əlaqədar təşkilatların əsas vəzifəsi bu səfalı guşələrdə, əsrarəngiz təbiətin qoynunda istirahətin və xidmətin təşkilinin müasir tələblər səviyyəsində qurulmasına nail olmaqdır. Azərbaycan mətbəxinin ləziz yeməkləri Qubadakı istirahət mərkəzlərində, hotellərdə zövqlə təqdim olunur. Menyuya dünya xalqlarının yeməklərindən nümunələr də daxil edilib. Hətta bəzi mərkəzlərdə həmin xalqların adətlərinə uyğun xüsusi təqdimat formaları da hazırlanır.
Turist gəldiyi, gördüyü və bəyəndiyi yerin həm də təbliğatçısıdır. Tarixi abidələr, qədim el adətləri, fərqli mətbəx haqqında məlumatları özü ilə ölkəsinə aparan turist növbəti istirahət zamanında həmin məkanı seçirsə və bunu tanıdığı insanlara da məsləhət görürsə, deməli, çəkilən zəhmət hədər getməyib.
Azərbaycan mədəniyyətinin tərkib hissəsi olan xalçaçılıqda Quba məktəbi formalaşıb. Qədim və orijinallığı ilə seçilən bu xalçalar dünyanın çox yerində tanınır. Təsadüfi deyil ki, turistlərin maraqlandıqları sahələrdən biri də budur. Onların çoxu səfər zamanı xalçaçılarla görüşür və xatirə kimi xalça alır.
Məlum olduğu kimi, 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan olunub. Turizm diyarı olan Qubada da müxtəlif millətlərin nümayəndələri yaşayır. Tat, yəhudi, ləzgi, Ahıska türklərinin mədəniyyət qovşağı burada turizm sektorunun inkişafı üçün yeni imkanlar açır.
Dövrümüz texnologiyalar əsridir. Turizm səfərləri daha çox sərfəli sərfiyyat üzərində qurulur. Yəni öz cibinə baxan turist bahalı yerlərdən qaçır. Düzdür, qiymətlərin fərqinə varmayanlar da var, lakin onlar azlıq təşkil edirlər. Odur ki, son vaxtlar Qubanın istirahət məkanlarında bu amil də nəzərə alınaraq baha xidmətlərdən imtina edilir.
Başqa bir problem isə turizm mərkəzləri barədə internetdə məlumatların az olması, yaxud heç olmamasıdır. Halbuki turist səfər öncəsi internet vasitəsilə getməyə yer axtarır. Təbii ki, o, internetdə görüb bəyəndiyi yerə, məkana üz tutacaq. Bu baxımdan bizim sayılıb-seçilən istirahət mərkəzlərinin də internetdə öz məlumat bazası olmalıdır. Onu da qeyd edək ki, hazırda Qubada bu istiqamətdə işlər aparılır. “Məstərgah”, “Cənnət bağı” istirahət mərkəzlərinin, “Şane” hotelinin hətta ayrıca saytları var. Amma bu gün Qubada 40-a yaxın istirahət mərkəzi fəaliyyət göstərir. Müasir texnologiyalardan istifadə edənlər isə cəmi bir neçədir. Əcnəbi turistin ölkəyə valyuta gətirdiyini nəzərə alsaq, onda bu çatışmazlığın nə qədər tez aradan qaldırılmasının zəruri, eyni zamanda faydalı olduğu aydın görünər.скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV