“Aşıq Şəmşir” Ocağı “Xocalı faciəsini dünyaya tanıdaq!” adlı tədbir keçirib

“Aşıq Şəmşir” Ocağı “Xocalı faciəsini dünyaya tanıdaq!” adlı tədbir keçirib


Sənan SADIQZADƏ
“Aşıq Şəmşir” Ocağı “Xocalı faciəsini dünyaya tanıdaq!” adlı tədbir keçirib
“Aşıq Şəmşir” Ocağı “Xocalı faciəsini dünyaya tanıdaq!” adlı tədbir keçirib
“Aşıq Şəmşir” Ocağı “Xocalı faciəsini dünyaya tanıdaq!” adlı tədbir keçirib
Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyasına dəstək olaraq ölkə daxilində və xaricdə hər il silsiləli tədbirlər keçirir. Belə tədbirlərin davamı olaraq Kəlbəcər rayon orta məktəb şagirdlərinin iştirakı ilə faciənin 24-cü ildönümünə həsr olunan “Xocalı faciəsini dünyaya tanıdaq!” adlı tədbirlər təşkil edilibdir. Belə tədbirdən biri də 56 saylı Kəlbəcər rayon orta məktəb şagirdlərinin “Ana harayı” abidəsinə ziyarətləri təşkil edilmişdir. “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov çıxışında vurğulayıb ki, Xocalı faciəsi 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin o zaman sovet ordusunun Xankəndi şəhərindəki 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə Azərbaycanın Xocalı şəhərinə hücüm edərək, azərbaycanlılara qarşı törətdikləri qanlı soyqırım aktı ümumən bəşərə, insanlığa qarşı ən qatı cinayətlərdən biri kimi tarixə həkk olunub. Həmin qanlı aksiya zamanı içərisində uşaqların, qadınların və qocaların da olduğu 613 nəfər azərbaycanlı xüsusi qəddarlıqla qətlə yetirilib. Bu kütləvi qırğın zamanı 8 ailə tamamilə məhv edilib, 25 nəfər uşaq hər iki valideynindən və 130 nəfər uşaq valideynlərinin birindən məhrum olub. Eyni zamanda 487 nəfər soydaşımız ağır xəsarətlər alıb, 150 nəfərinin taleyi hələ də məlum deyil, 1275 nəfər girov götürülüb və Xocalı şəhəri ağır hərbi texnikadan istifadə olunmaqla darmadağın edilib”.“Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verilməsi yönündə işlərə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən başlanılıb. Hələ 1994-cü ildə Ulu Öndərimizin təşəbbüsü ilə Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edib, 26 fevral günü – “Xocalı soyqırımı və milli matəm günü” kimi qəbul olunub və bütün beynəlxalq təşkilatlar bu barədə məlumatlandırılıb”.
Hər il bu faciənin ildönümü respublikamızda və dünyanın müxtəlif ölkələrində ürək ağrısı ilə qeyd olunur. Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən qacqın və məcburi köçkün və şəhid ailələrinə daim diqqət və qayğı göstərilir. Onların sosial problemlərinin, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıbdır. Dövlətimiz tərəfindən faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamədində uğurlu siyasət həyata kecirilib. Bu işdə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük xidmətləri danılmazdır. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində də hər il silsilə tədbirlər reallaşdırılır. Kampaniyanın məqsədi Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada yayılması, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı kimi tanınmasına nail olmaqdır. “Xocalıya ədalət” kampaniyası sayəsində Xocalı faciəsi bir sıra dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən tanınıb.
Məktəbin direktoru Aidə Əhmədova Xocalı şəhərində törədilmiş vəhşilikləri insanlığa sığmayan cinayət kimi dəyərləndirib, bu soyqırıma siyasi-hüquqi qiymət verməsinin və günahkarların cəzalandırılmasının vacibliyini bildirib.
Daha sonra tədbirdə məktəblilərin ifasında Xocalı faciəsinə həsr edilən kompazisiyalar göstərilib və şeirlər səsləndirilib.скачать dle 10.6фильмы бесплатно

Rəy Yazın



0 Valid XHTML 1.0 Transitional ILK-10