• 23:58 – Hitlerin qəzəbinə tuş gəlmiş azərbaycanlı pəhləvan 
  • 22:59 – Allahın da unutduğu kənd-Narınclar... ŞƏHİD ŞİKAYƏT EDİR 
  • 11:00 – Roza Zərgərli:"Hüseynin elə bir yerindən telefon çıxdı ki..." 
  • 10:12 – 20 yaşlı xanım yaxınlıq etmədiyinə görə şəkillərini montaj edib yayan iki uşaq atası saxlanıldı 
  • 22:52 – Qurd ;"Cavidan tir-tir əsirdi" 
  • 22:05 – Haci Əbdül: "İran çempion olsa, nəzir-niyaz verərəm" 
  • 19:17 – Həkim müğənnini döydü 
  • 16:51 – Harvard Medical Schoolda təhsil alan ilk Azərbaycanlı-Bəxtiyar Qəhrəmanov 

Diktatorun,filoloq və əxlaqsız qızı...

  • Tarix: 28.02.2016, 22:17,
  • Bölmə: Maraq
  • Baxılıb: 52 084
Diktatorun,filoloq və əxlaqsız qızı... Diktatorun,filoloq və əxlaqsız qızı... Stalin tarixdə çox müəmmalı şəkildə SSRİ hakimiyyətinə yiyələnmiş və Lenini, onun silahdaşlarını məhv edərək sosializm quruluşu altında rejim yaratmış despot hökmdar olmuşdur...

Diktatorun,filoloq və əxlaqsız qızı...
Öz sovet pasportuna od vuraraq, Svetlana Alliluyeva kommunizmi pisləyib.


Svetlana Alliluyeva 1926-cı il fevralın 28-də Moskva şəhərində anadan olub.

Onun anası Nadejda Sergeyevna Alliluyeva Stalinin ikinci arvadı olub.

Anası özünə qəsd edəndə,Svetlananın 6 yaşı var idi.

Svetlana İ. Stalinin sevimli qızı olub. İosif Stalin qızını "sərçəcığaz" deyə çağırardı.
Diktatorun,filoloq və əxlaqsız qızı...

1949-cu ildə Stalinin qızı Moskva Dövlət Universitetinin tarix fakültəsini bitirəndən sonra tərcüməçi və ədəbi redaktor kimi işləməyə başlayıb.

Svetlananın SSRİ-dən qaçmasına səbəb Sovet rəhbərliyinin onun mərhum əri hindistanlı Brijesh Singhə mənfi münasibəti olub.

Onun 1967-çi ildə SSRİ-dən qaçması faktından ABŞ təbliğat maşını, vaxtı ilə, var gücü ilə yararlanmışdı.

1966-ci ildə Hindistanda Brijesh Singhin dəfn mərasimində iştirak etmək üçün bu ölkəyə gedən Svetlana Alliluyeva SSRİ-yə qayıtmaq əvəzinə ABŞ səfirliyinə üz tutub.

S.Aliluyeva 4 dəfə evlənib, onlardan 3-ü Rusyada baş verib, Rusiyada onun 2 övladı var.Ailə qurduğu adamlar bunlardı

Grigory Morozov (1943-1947),Yuri Jdanov (1949-1950),Brijesh Singh (1963-1966),William Wesley Peters (1970-1973)

William Wesley Petersə ərə getdikdən sonra Svetlana Lana Peters adını seçib. 1973-cü ildə onlar boşansalarda, həmin nikahdan Svetlananın qızı Olga dünyaya gəlib.Svetlanın digər övladları İosif Morozov (1945-2008),Yekaterina Jdanov (1950- ),Olga Peters (1971- )

Svetlanın qardaşı Yakov Böyük Vətən müharibəsi dövründə almanlara əsir düşərək konsentrasiya düşərgəsində məhv olmuşdu.

İosif Stalin onu Alman generalına dəyişməkdən imtina etmişdi.

Diktatorun,filoloq və əxlaqsız qızı...

Svetlananın daha bir qardaşı, Vasili, möhkəm içən olub, o, 40 yaşında vəfat etdi.

1990-cı ildə İndependent qəzetinə müsahibəsində Lana Peters deyib ki, kasıbçılıqda yaşayır və qızı Olga ilə kirayədə qalır.

Lana Peters ömrünün son illərini Viskonsindəki ahıllar evində olub.

Deyilənə görə,gününü, əsasən,tikiş işi və bədii əsər oxunuşu ilə keçirib.

İçki düşkünü və kişilərlə sevişməyi də xoşlayırmış.

Son illər ərzində onun bağırsaq xərcəngindən əziyyət çəkdiyi deyilirdi. ABŞ rəsmiləri S.Alliluyevanın vəfat etdiyini BBC-ə təsdiqləyiblər.

1980-ci illərdə Svetlana Aliluyeva SSRİ-ə dönərək, ABŞ-ı tənqid etməyə başlayıb. Lakin doğmaları ilə sözü cəp düşüb, və Svetlana növbəti dəfə SSRİ-i tərk edib.

İosif Stalinin yeganə qızı, ABŞ-da Lana Peters kimi tanınan 85 yaşlı Svetlana Alliluyeva noyabrın 22-də Viskonsin ştatında, ahıllar evində dünyasını dəyişib.

İxtisasca filoloq və tərcüməçi olan Svetlana( Lana Peters) bestsellerə çevrilmiş 2 memuar da daxil olmaqla, ümumilikdə 4 kitab müəllifidir.

S.Aliluyevanın 1967-ci ildə dərc olunmuş ilk memuarı "Dosta iyirmi məktub" kitabı ona $2.5 mln gəlir gətirib. O dövr üçün $2.5 mln olduqca böyük məbləğ olub.

Savalan Talıblı
analoq.azскачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV