ƏSAS SƏHİFƏ Maraqlı Səudiyyə Ərəbistanın şahzadəsi dünyanın ən varlı adamından qisasını belə aldı

Səudiyyə Ərəbistanın şahzadəsi dünyanın ən varlı adamından qisasını belə aldı

Səudiyyə Ərəbistanın şahzadəsi Məhhəmməd İbn Salman Amazonun sahibi Jeff Bezosunun telefonuna whatsapp vasitəsi ilə zərərli virus daşıyan video göndərib.Analoq.az xəbər verir ki,nəticədə milyarderin telefonun onun kofidensial məlumatları oğurlanıb.

Bu barədə "Guardian" nəşri Bezosun telefonunun məhkəmə ekspertizasının nəticələri ilə tanış olan mənbələrə istinadən məlumat verib. Jeff Bezos dünyanın ən varlı insanları reytinqində ikinci yeri tutur.

Amazonun rəhbərinin telefonu 2018-ci ilin mayında kiber hücuma məruz qalıb. Bundan bir neçə saat sonra telefonda çoxlu sayda məlumat oğurlanıb. Bundan, bir neçə ay sonra, bu məlumatların bir hissəsi, xüsusən Bezosun mesajları və məşuqəsi ilə birlikdə çəkdirdiyi fotoşəkillər "National Enquirer"-də yayımlanmışdı.

"Guardian" hesab edir ki, bu materiallar Bezosdan qisas almaq naminə dərc olunub. Belə ki, Bezosa məxsus "The Whashigton Post" Səudiyyə Ərəbistanlı müxalif jurnalist Camal Həşogginin ölümünü geniş işıqlandırırdı. Bu ölümün təşkilində BMT-nin nümayəndələri Məhəmməd İbn Salmanı şübhəli bilirlər.

Camal Həşoggi, 2018-ci ilin oktyabrında Səudiyyə Ərəbistanının konsulluğunda Ər-Riyaddan gələn xüsusi təyinatlılar tərəfindən vəhşicəsinə öldürümüşldü. Bu cinayəti əmr edənin kim olduğu hələ məlum deyil. Məhəmməd ibn Salman hadisənin məsuliyyətini öz üzərinə götürsə də, jurnalistin öldürülməsini əmr etdiyini inkar edir.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно



RƏYLƏR

Bakı Hava Proqnozu