"Nuru paşa və Bakı zəfəri” adlı sənədli filmin təqdimatı baş tutdu



Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Gənclik Platforması və Suraxanı Gənclər Evinin birgə təşkilatçılığı ilə ADPU-da Kənan Həmzəoğlunun müəllifi olduğu “Nuru paşa və Bakı zəfəri” adlı sənədli filmin təqdimatı baş tutdu.

ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev tədbiri giriş sözü ilə açaraq Nuru paşanın Azərbaycan tarixindəki rolundan bəhs etdi.

Daha sonra Kənan Həmzəoğlu söz alaraq qonaqları salamladı, tədbir iştirakçılarına öz minnətdarlığını bildirdi.Filmin təqdimatından sonra tarixçilər Nəsiman Yaqublu və Mehman Süleymanov, həmçinin Milli Məclisin deputatı Fazil Mustafa çıxış etdi.

Türkiyə Cumhuriyyətinin Azərbaycandakı səfirliyinin nümayəndəsi İrfan Çiftçi isə Kənan Həmzəoğluna TBMM-də hazırlanmış Atatürk rozetini hədiyyə edərək onun fəaliyyətini yüksək qiymətləndirdi.

Azərbaycan Gənclik Platformasının sədri Fariz Vəliyev isə öz növbəsində ölkə rəhbərliyinə gənclərlə bağlı apardığı uğurlu siyasətə görə minnətdarlığını ifadə etdi.Suraxanı Gənclər Evinin metodisti Kamil Yaqubov Suraxanı Gənclər Evinin daima rayon gənclərinə dəstək olduğunu vurğuladı, Kənan Həmzəoğluna fəaliyyətində uğurlar dilədi.

Analoq. az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi