ADMİU-da Xalq şairi Vaqif Səmədoğluna həsr olunmuş ədəbi-bədii gecə təşkil edilib




20 noyabr saat 19.00-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Beynəlxalq Muğam Mərkəzində Xalq şairi Vaqif Səmədoğluna həsr olunmuş “Şair kimi yox, şeir kimi ölmək istəyirəm” adlı ədəbi-bədii gecə təşkil edib. Tədbirdə Vaqif Səmədoğlunun ailə üzvləri, şairin yaxın dostu, Yazıçılar Birliyinin sədri Anar, ADMİU-nun rəhbərliyi və professor-müəllim heyəti, ali məktəb rektorları, təhsil, mədəniyyət və ictimaiyyət nümayəndələri, media işçiləri və müxtəlif ali məktəblərin tələbələri iştirak ediblər.
ADMİU-da Xalq şairi Vaqif Səmədoğluna həsr olunmuş ədəbi-bədii gecə təşkil edilib

ADMİU-nun müəllimi Gümrah Ömərin quruluşunda hazırlanan gecədə Teatr sənəti və Musiqi sənəti fakültələrinin tələbələri çıxış ediblər. Rejissor fraqmental kompozisiya strukturundan imtina edərək ədibin nəsr və nəzm əsərlərindən ibarət səhnələşdirmə hazırlayıb. Səhnələşdirmədə V.Səmədoğlunun “Öküz yolu” pritçasından, “Sevgilim, mən öləndə...”, “Yatmaq istəyirəm...”, “İçimə məhəbbət yazır...”, “Əlimi uzatdım...”, “Ömrün gecəsi gələndə...”, “Mühit içində...”, “Yorğunluq axşamıdır...”, “Gərək bu ayrılıq heç...”, “İndi gileydən, güzardan...”, “Bu yerlər yuxu görür...”, “Mənə sevib ayrılmağa...”, “Eşidirsənmi?..”, “Qapına qalxan pillələrin..., “Şair kimi yox, şeir kimi ölmək istəyirəm...” və s. şeirlərindən istifadə olunub. Bədii kompozisiyada Teatr sənəti fakültəsinin tələbələri Əlizamin Abbasov, Nəzrin İsmayılzadə, Tural Xəlilbəyli, Etibar İbadullayev, Hüseyn Sadiqov, Muxran İsmayılov, Ceyran Baxşıyeva, Əminə Cəfərova, Fərid Bağırov, Röyal Allahverdiyev, Elvin Nuri və Ülvi Həşimov çıxış ediblər.
ADMİU-da Xalq şairi Vaqif Səmədoğluna həsr olunmuş ədəbi-bədii gecə təşkil edilib

Tədbirdə həmçinin Musiqi sənəti fakültəsinin tələbələri Xasay Şıxıyev, Cavad Sultanov, Aytac Fərəcova, Nəzakət Veysəlova, Rüfət Bağırov və Şəfiqə Abbasovanın ifasında Vaqif Səmədoğlunun sözlərinə bəstələnmiş “Uzaq yaşıl ada” (bəstəkar Emin Sabitoğlu), “Sən gələndə” (bəstəkar Mobil Babayev), “Qız əlləri” (bəstəkar Tofiq Quliyev), “Kimsən sən?” (bəstəkar Tofiq Quliyev), “Çiçək yağışı” (bəstəkar Emin Sabitoğlu), “Bir axşam taksidən düşüb payıza” (bəstəkar Emin Sabitoğlu), “Bəlkə də” (bəstəkar Emin Sabitoğlu) və “Dön, geri dön” (bəstəkar Emin Sabitoğlu) mahnıları səslənib.
Səmimi ortamda keçən tədbir qonaqlar tərəfindən maraqla qarşılanıb.

Turan Etibaroğlu
Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi