Ədəbiyyat İnstitutunda Əhməd bəy Ağaoğlunun 150 illiyinə həsr olunmuş elmi sessiya keçirilib



Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu İctimaiyyətlə əlaqələr şöbəsindən Analoq.az-a verilən məlumata görə

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda böyük ədib, mütəfəkkir, publisist, ictimai-siyasi xadim Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illiyinə həsr olunmuş elmi sessiya keçirilib.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq bildirib ki, bugünki elmi sessiya Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında” 10 aprel 2019-cu il Sərəncamına uyğun olaraq təşkil olunub. Akademik İsa Həbibbəyli Əhməd bəy Ağaoğlunun həm ictimai-siyasi xadim kimi, həm də bir mütəfəkkir kimi gördüyü işlər haqqında çıxış edib. Ədəbiyyat İnstitutunda onun yaradıcılıq yolunun daim diqqətdə saxlanıldığını vurğulayaraq tədbirin institutun Azərbaycan mühacirət ədəbiyyatı şöbəsi tərəfindən təşkil edildiyini söyləyib.

Akademik İsa Həbibbəyli böyük mütəfəkkirin çoxcəhətli fəaliyyətini, milli xidmətlərini tarixilik və müasirlik fonunda xarakterizə edib. Həmçinin Əhməd bəy Ağaoğlunun Azərbaycan və Türkiyənin istiqlalı uğrunda mübarizə apardığını, hər iki ölkənin parlamentinə deputat seçildiyini vurğulayıb. Əhməd bəy Ağaoğlunun Şərq əsaslı və Qərb yönümlü inkişaf uğrunda fəaliyyət göstərdiyini, bu istiqamətin onun publisistikasının əsasını təşkil etdiyini də bildirib. Əhməd bəy Ağaoğlunun Ankara Universitetinin Hüquq fakültəsinin və “Difai” təşkilatının qurucularından olduğunu da diqqətə çatdırıb.

Sonra filologiya üzrə fəlsəfə doktoru, dosent Şahbaz Şamıoğlu “Əhməd bəy Ağaoğlu fenomeni”, filologiya üzrə fəlsəfə doktoru Abid Tahirli “Əhməd bəy Ağaoğlunun epistolyar irsi”, filologiya elmləri doktoru Nikpur Cabbarlı “Əhməd bəy Ağaoğlunun bədii-publisistik irsinin nəşri və tədqiqi problemləri” mövzusunda məruzələrlə çıxış ediblər.

Elmi sessiyada AMEA-nın Şərqşünaslıq İnstitutunun professoru Solmaz Töhidinin, DİA-nın Tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədovanın, Azərbaycan Yazıçılar Birliyinin üzvü Şöhlət Əfşarın, filologiya elmləri doktoru, professor Alxan Bayramoğlunun çıxışları mövzu ətrafında maraqlı diskussiyaya ilə yadda qalıb.

Analoq.az

Ədəbiyyat İnstitutunda Əhməd bəy Ağaoğlunun 150 illiyinə həsr olunmuş elmi sessiya keçirilib
Ədəbiyyat İnstitutunda Əhməd bəy Ağaoğlunun 150 illiyinə həsr olunmuş elmi sessiya keçirilib
Ədəbiyyat İnstitutunda Əhməd bəy Ağaoğlunun 150 illiyinə həsr olunmuş elmi sessiya keçirilibскачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi