“Nasimi passion” vokal-xoreoqrafik tamaşası təqdim olunacaq




Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə elan edilmiş “Nəsimi ili” çərçivəsində silsilə tədbirlər davam edir. “Nəsimi ili”nə töhfə olan daha bir incəsənət layihəsi 27 dekabr Heydər Əliyev Sarayında görkəmli bəstəkar, Xalq artisti, professor Firəngiz Əlizadənin “Nasimi passion” əsəri əsasında vokal-xoreoqrafik tamaşanın nümayişi olacaq.

Əsərin xoreoqrafik quruluşu Mədəniyyət Nazirliyinin xüsusi dəvətinə əsasən Sankt-Peterburq Balet Akademiyasının professoru, Rusiyanın Xalq artisti Edvald Smirnova həvalə olunub. Tamaşada Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, habelə tamaşa zamanı “Nəsimi poeziyası” adlı bədii qiraət müsabiqəsinin qalibləri bədii qiraətçi-aktyorlar Fərid Bağırov və Ağaəli Kərimzadə iştirak edəcəklər.

“Nasimi passion” vokal-xoreoqrafik tamaşasının dirijoru Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru, Xalq artisti Fəxrəddin Kərimov, baş xormeysteri Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri, Xalq artisti Gülbacı İmanova, geyim və eskizlər üzrə rəssamı isə Nazim Yunusovdur.

Turan Etibaroğlu
Analoq az
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi