"Ölkədən çıxmaqla bağlı qadağa xəbəri yalandır



 "Ölkədən çıxmaqla bağlı qadağa xəbəri yalandır

Müğənni Əlikram Bayramov Alternativ TV-də (Region TV) yayımlanan "Şou məkan" verilişinə eksklüziv açıqlamalar verib.

Milli.Az xəbər verir ki, ifaçı bu sənəti necə seçdiyini açıqlayıb: "Aktyor olmaq istəyirdim, universitetə qəbul ola bilmədim, başqa sənətə yönəldim. Sonra təzədən incəsənətə qayıtdım. Müğənni olmasaydım, böyük bir aktyor olardım. İndi bu dəqiqə şou-biznesin ən yaxşı müğənnisi mənəm".

Sənətçi şou-biznes haqda danışıb: "Bu sənətdə ağır təbiətlilik olmaz. Ağır təbiətli müəllim olar, həkim olar. Şou-biznes adamı ağır təbiətli olmamalıdır. Bu, incəsənətdir, gördüyün işə şou qatmalısan. Bu sənət ağırlığı sevmir. Ağır olmaq istəyirsənsə, müəllim ol".

Tanınmış müğənni ölkədən çıxmasına qadağa qoyulduğu haqda yayılan xəbərlərə aydınlıq gətirib: Mənim vergi ilə bağlı problemim olub, amma qadağa olmayıb. Bununla bağlı işlərimizi həll etmişik".

Milli.Azскачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi