BDU-nun nəzdində istedadlı tələbələri bir araya gətirən ilk klub-FOTOLAR




Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı Filologiya fakültəsinin nəzdində fəaliyyət göstərən The Voice of Unity- Musiqi klubu 2 oktyabr 2019-cu il tarixində Nəzərli Aysunun təşəbbüsü və sədrliyi ilə yaradıldı.

Klub musiqi həvəsi və bacarığı olan gəncləri bir araya toplamaq, musiqi istedadı olan tələbələri üzə çıxarmaq, musiqi zövqünü formalaşdırmaq və innovativ musiqi tədbirləri təşkil ütmək üçün nəzərdə tutulub. Artıq aktiv fəaliyyət göstərərək tələbə və müəlimlərin marağını cəlb etmiş The Voice of Unity- musiqi klubu Bakı Dövlət Universiteti TGT nəzdində yaradılmış ilk musiqi qrupudur.

Klub yaradıldıqdan sonra universitet daxilində digər təşkilatların tərkibində də bu qrupdan bəhrələnib ilhamlanaraq qruplar yaradıldı.

Hal- hazırda Klubda hər kursdan və hər fakültədən tələbələr fəaliyyət göstərir. Kiçik bir komanda ilə işə başlayan qrupun ilk təqdimat tədbiri 15 oktyabrda keçirildi. BDU musiqi klubunun növbəti "Vətənpərvər gənclər" adlı tədbiri isə 9 dekabr tarixində baş tutdu. Vətən sevər gənclər tədbirə himnimiz ilə başlayıb Əsgər marşı ilə yekunlaşdırdılar.

Tədbirdə klub üzvləri Nəcəf, İsa, Kübra, Nərmin, Səbuhi, Ülkər, Fərid, Zinət, Elvin, Nərgiz, Aytac, Emin, Lamiyə , Nurcahan, Şirin, Şəbnəm maraqlı çıxışları ilə yadda qaldı. Tədbir zamanı tələbələr Vətənpərvər ruhda ifa etdikləri gözəl musiqi nömrələri ilə tamaşaçıları heyran etdilər.

Klub musiqi həvəsi və bacarığı olan gəncləri bir araya toplamaqla müasir musiqi,xalq musiqisi, və müxtəlif janrlara müraciət edərək musiqi dünyagörüşünü artırmasına və tələbələrin istedadlarını üzə çıxarmaqla həm də onların zövqünü oxşamağa xidmət edir.

Komanda üzvləri dərslərinin ağırlığına, çətinliyinə baxmayaraq, klubun bütün işlərində bir mehriban ailə üzvü kimi fəal olaraq iştirak edirlər. Onlar yeni işlər, uğurlar və layihələrə doğru uğurla addımlayırlar.

Aysu Nəzərli

Analoq.az

BDU-nun nəzdində istedadlı tələbələri bir araya gətirən ilk klub-FOTOLAR
BDU-nun nəzdində istedadlı tələbələri bir araya gətirən ilk klub-FOTOLAR
BDU-nun nəzdində istedadlı tələbələri bir araya gətirən ilk klub-FOTOLAR
BDU-nun nəzdində istedadlı tələbələri bir araya gətirən ilk klub-FOTOLAR
BDU-nun nəzdində istedadlı tələbələri bir araya gətirən ilk klub-FOTOLAR
BDU-nun nəzdində istedadlı tələbələri bir araya gətirən ilk klub-FOTOLAR скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi