• 18:26 – "ADSIZ QADIN’ TAMAŞASI HAQQINDA 
  • 14:00 – Od qoyub gedibsən bu məhəbbətə... 
  • 12:00 – Bakıda tapança gəzdirən kimdir? 
  • 23:32 – Televiziyalarda mətbəx verilişləri həddən artıq çoxdur 
  • 22:41 – Övlad arasında fərq olmaz 
  • 16:50 – Aşıq Ulduz qonşularını məhkəməyə verib 
  • 23:17 – Vanqanın verdiyi proqnozlar nə qədər düzdür? 
  • 18:00 – Savalan Talıblı:"Azad Bayramov harada üçbucaq görür onu dərhal masonluqla bağlayır" 

“Nizami”də biabırçılıq: rus dilinə görə qovuldular

“Nizami”də biabırçılıq: rus dilinə görə qovuldular “Nizami”də biabırçılıq: rus dilinə görə qovuldular “Nizami”də biabırçılıq: rus dilinə görə qovuldular
Dünən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınan “İçərişəhər” bədii filminin təqdimatı keçirilib.
Analoq.az xəbər verir ki, Nizami Kino Mərkəzində baş tutan təqdimat mərasimində filmin rejissoru İlqar Safat, filmin ideya müəllifi və baş rol ifaçısı Təhminə Rafaella, eləcə də yaradıcı heyətin digər üzvləri iştirak ediblər.

Filmin nümayişindən əvvəl yaradıcı heyət bir-bir səhnəyə dəvət edilib. Filmin rejissoru İlqar Safat çıxışına rus dilində başlayıb. Bu vaxt zalda əyləşən tamaşıçalardan biri etiraz edərək rejissora Azərbaycanda olduğunu, azərbaycanlı tamaşaçılar qarşısında çıxış etdiyini xatırladaraq, Azərbaycan dilində danışmasını xahiş edib. Etiraza daha 5 tamaşaçı qoşulub. Doğma dilində danışmasını istəyən tamaşaçılarının etirazına reaksiya verməyən rejissor çıxışını rus dilində bitirib.

Bundan sonra çıxış etməyə başlayan filmin ssenari müəlliflərindən biri və baş rolun ifaçısı Təhminə Rafaella dilimizin müdafiəsinə qalxan tamaşaçıları təhqir edərək mədəniyyətsiz adlandırıb. Filmin sevgi mövzusunda olduğunu, xalqların sevgisi, mədəniyyətlər haqqında olduğunu qeyd edən aktrisa bildirib ki, filmə baxmaq istəməyənlər zalı tərk edə bilər. Bundan sonra bir neçə tamaşaçı zalı tərk edib.

Çıxışlardan sonra film nümayiş olunub.

Psixoloji dram janrında lentə alınan filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luca Coassin (İtaliya), quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.

Gənc qızın Qarabağ müharibəsi veteranına olan sevgisindən bəhs edən filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki və Elmira Şabanova canlandırıblar. Ekran əsərinin çəkilişləri Bakı və Zaqatalada aparılıb.скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV