"Qızıl Qlobus-2020"nin qalibləri açıqlanıb-Mükafatlanan aktyorlar kimlərdir?




"Qızıl Qlobus-2020"nin qalibləri açıqlanıb. Dram janrında ən yaxşı film Sem Mendesin çəkdiyi "1917" filmi olub. Mendes özü isə ən yaxşı rejisor mükafatını alıb.

Analoq.az xəbər verir ki,komediya və müzikl janrında ən yaxşı film nominasiyasında Kventin Tarantinonun ssenarisini yazdığı və özü çəkdiyi "Bir gün Hollivudda" filmi qalib olub. Bu filmdəki roluna görə Bred Pitt ən yaxşı ikinci plan aktyoru nominasiyasında, Tarantino isə ən yaxşı ssenari nominasiyasının qalibi olub.

Ən yaxşı aktyor adına dram janrında "Coker"dəki roluna görə Xoakin Feniks müzikl və komediya janrında isə "Roketman"dakı roluna görə Teron Edkerton layiq görülüblər.

Dram janrında ən yaxşı aktrisa nominasiyasında "Cudi" filmində baş qəhramanı canladıran Rene Zelveqer müzilkl və komediya janrında isə "Vidalaşma" filmində ki, roluna görə Billi Akvafina layiq görülüblər.

Ən yaxşı ikinci planda aktrisa adına "Evlilik hekayəsi"ndə ki, roluna görə Lora Dern qalib gəlib.

Ən yaxşı xarici film Cənubi Koreya istehsalı olan "Parazit" ən yaxşı animasiya filmi isə "Çatışmayan halqa" filmləri seçiliblər.

Kventin Tarantino mükafatlandırma mərasimi zamanı bundan sonra yalnız 1 film, onuncu filmini çəkib böyük kino ilə vidalaşacağını deyib.

"Bir filmdə çəkib böyük kino ilə vidalaşacam. Teartda çalışacam və seriallar üçün ssenarilər yazacam".

Turan Etibaroğlu
Analoq.azскачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi