TÜRKPA missiyasına Nizami Cəfərov rəhbərlik edəcək Qazaxıstanda



TÜRKPA missiyasına Nizami Cəfərov rəhbərlik edəcək Qazaxıstanda
Məhəmməd SADİQ,
"Analoq.az"

TürkPA beynəlxalq müşahidəçilər missiyası martın 20-də Qazaxıstanda keçiriləcək növbədənkənar parlament seçkilərinin qısamüddətli monitorinqını aparacaq.
Bu barədə TÜRKPA-nın hüquqi məsələlər və mətbuat xidmətinin rəhbəri Anar Rəhimov məlumat verib.
Azərbaycan Milli Məclisinin üzvü Nizami Cəfərovun rəhbərlik etdiyi missiyaya Qırğızıstan və Türkiyə parlamentarları, TürkPA baş katibi də daxildir.
Missiyanın üzvləri seçkilərdən əvvəl Qazaxıstan Xarici İşlər Nazirliyi və Mərkəzi Seçki Komissiyasının rəsmiləri ilə görüşlər keçirəcək. Eyni zamanda, müşahidəçilərin seçkilərdə iştirak edəcək siyasi partiyaların nümayəndələri ilə görüşü nəzərdə tutulub. Seçki günü isə müşahidəçilər paytaxt Astananın mərkəzi rayonlarında seçki məntəqələri ziyarət edəcəklər.
Seçkilərdən sonra TürkPA missiyası mətbuat konfransı keçirəcək və seçkilərin nəticələrinə dair yekun rəyini təqdim edəcək.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi