Yazıçı Ülviyyə Heydərovanın "Pələng" əsəri səhnəyə qoyulacaq




Sumqayıt Dövlət Dram Teatrının səhnəsində yeni monotamaşa hazırlanır.Yazıçı-dramaturq Ülviyyə Heydərovanın "Pələng" əsəri əsasında hazırlanan monotamaşanın məşqlərinə başlanılıb.

Tamaşanın quruluşçu rejissoru gənc teatr rejissoru Ümid Abbas Nihani, ifaçısı Kamran Muradlıdır.Monotamaşanın 2020-ci ilin fevralında təhvil veriləcəyi nəzərdə tutulub.

Məlumat üçün bildirək ki, Ülviyyə Heydərova "Pələng" əsərini görkəmli kinodramaturq, ssenarist,Xalq artisti "Şöhrət" ordenli Ramiz Fətəliyevə həsr edib.

Turan Etibaroğlu
Analoq.az


скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi