Sumqayıt Dövlət Dram Teatrında yeni monotamaşa hazırlanır




Sumqayıt Dövlət Dram Teatrında yazıçı-dramaturq Ülviyyə Heydərovanın “Uşaqlıq” pyesi əsasında yeni mono-tamaşa hazırlayır.

Tamaşanın quruluşçu rejissoru xalq artisti Firudin Məhərrəmov,səhnə əsərinin tərtibatı rəssam Elşən Sərxanoğluya,musiqi tərtibatı isə Telman Qəniyevə məxsusdur.

Tamaşada teatrın gənc aktrisası İlahə Səfərova çıxış edəcək.

Yeni tamaşanın premyerası2020-ci ilin fevralında təhvil veriləcəyi nəzərdə tutulub.

Məlumat üçün bildirək ki, 2019-cu ildə Ülviyyə Heydərovanın “Uşaqlıq” monopyesi Moskvada keçirilən “XXI əsr- ilk hadisə” Müstəqil Beynəlxalq Müasir Dramaturgiya Müsabiqəsinin “Tənha artist” nominasiyanın uzun siyahısına daxil edilib. 2018-ci ildə isə Almanıyanın Postdam şəhərində Höte İnstitutu tərəfindən keçirilən “Next Stage Europe -2018” gənc dramaturqların festivalında ölkəmizi təmsil edib. Əsər bu yaxınlarda festivalın yekunlarına dair dərc olunan almandilli topluda yer alıb.

Turan Etibaroğlu
Analoq.az

скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi