Sumqayıt Dövlət Dram Teatrının 2020-ci ilin ilk yeni layihələri




2020-cı ilin ilk ayında Sumqayıt Dövlət Dram Teatrında bir neçə yeni layihə reallaşacaqdır.

Bu il Sumqayıt Dövlət Dram Teatrında ilk dəfə dahi Üzeyir Hacıbəylinin məşhur "O olmasın , bu olsun" komediyası yeni formatda Sumqayıt tamaşaçılarına təqdim ediləcəkdir. Tamaşanın quruluşçu rejissoru əməkdar artist Namis Şirməmmədov, quruluşçu rəssamı Elşən Sərxan oğlu, musiqi rəhbəri Telman Qəniyevdir. Qeyd edək ki, tamaşada bütün aktyor truppası məşğul olacaqdır.

Teatra yeni yaradıcı gəncləri cəlb etməklə, beynəlxalq teatr festivalları standartlarına uyğun bir neçə monotamaşanın da hazırlanması nəzərdə tutulur. Bu istiqamətdə artıq ilk addımlar atılıb. Belə ki yazıçı Ülviyyə Heydərovanın yeni monopyesinin gənc rejissor Ümid Abbasla gənc aktyor Kamran Muradlının yaradıcılıq işlərinə start verilmişdir. Gənc və istedadlı yazarın “Uşaqlıq” adlı digər bir monopyesinə isə xalq artisti Firudin Məhərrəmov quruluş verəcəkdir. İfaçı gənc aktrisa İlahə Səfərovadır. Hər iki monotamaşanın səhnə tərtibatı teatrın baş rəssamı Elşən Sərxanoğluya məxsusdur. Monotamaşalar fevral ayında Sumqayıtlı teatrsevərlərin ixtiyarına veriləcəkdir.

Turan Etibaroğlu
Analoq.az

скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi