ƏSAS SƏHİFƏ Mədəniyyət Bakı Uşaq Teatrının “Sevgi şimşəyi” baş tutacaq

Bakı Uşaq Teatrının “Sevgi şimşəyi” baş tutacaq

Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Uşaq Teatrının 21 yanvar saat 19:00-da Gənc Tamaşaçılar Teatrında “Sevgi şimşəyi” tamaşası nümayiş olunacaq.

Böyüklər üçün nəzərdə tutulan tamaşada hadisələr sevgi hekayəsi üzərində qurulsa da əslində burada cəmiyyətdə yaşanan aktual problemlərə, valideyn-övlad münasibətlərindəki anlaşılmazlıqlara, şəxsiyyətin formalaşmasına təsir edən mühüm amillərə toxunulur. Tamaşa komediya janrında hazırlanıb.
Tamaşanın quruluşçu rejissoru respublikanın əməkdar artisti İntiqam Soltandır. Rolları Bakı Uşaq Teatrının aktyorları Mehman Piriyev, Gülər Ləzgiyeva və Ədalər Ağaverdizadə ifa edirlər. Bəstəkar Mahir İbrahim və rəssam Sevda Məmmədovanın da üzərində işlədikləri tamaşa Rövşən Ağayevin “Bir gecənin nağılı” pyesinin motivləri əsasında hazırlanıb.

Tamaşanın ilk nümayişi Türkiyənin Bilecik şəhərində keçirilmiş Beynəlxalq Teatr Festivalında olub.

Turan Etibaroğlu
Analoq.az



скачать dle 10.6фильмы бесплатно



RƏYLƏR

Bakı Hava Proqnozu