Professor sədr seçildi



Professor sədr seçildi

Sənan SADIQ-ZADƏ,
"Analoq.az"

Martın 3-də Azərbaycan Aşıqlar Birliyi (AAB) İdarə heyətinin növbədənkənar iclası keçirilib.
Mərhum xXalq şairi Zəlimxan Yaqubdan sonra ilk dəfə toplanan idarə heyətinin iclasını professor Qəzənfər Paşayev açıb. Azərbaycan Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqubun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra gündəlikdə duran əsas məsələyə - Azərbaycan Aşıqlar Birliyin yeni sədrinin seçilməsi məsələsinə baxılıb. Ustad aşıqlar tərəfindən bu vəzifəyə Dövlət mükafatı laureatı, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlının namizədliyini irəli sürüb.
Təklif səsə qoyulub və yekdilliklə qəbul edilib.
Sonra Məhərrəm Qasımlı yeni vəzifədə görəcəyi işlərdən, qarşıda duran vəzifələrdən danışıb, yeni təyinatlar haqda məlumat verib.
İclasda Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev iştirak edib.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi