ƏSAS SƏHİFƏ Mədəniyyət Şəki Dövlət Dram Teatrı 2020-ci ilin repertuar planını təsdiq edib

Şəki Dövlət Dram Teatrı 2020-ci ilin repertuar planını təsdiq edib


Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının səhnəsində cari ildə Xaqani Əliyevin “Çələbi xana Qızılqaya xəyanəti”, Sabit Rəhmanın “Yalan” komediyası, Əbdürrəhim bəy Haqverdiyevin “Ağaməhəmməd şah Qacar” əsəri və uşaqlar üçün Nazim Hikmətin “Kor padşah” nağılı tamaşaya qoyulacaq.

Azərbaycan görkəmli nümayəndəsi Sabit Rəhmanın “Yalan”, görkəmli dramaturq Əbdürrəhim bəy Haqverdiyevin isə“Ağaməhəmməd şah Qacar” əsərlərinin seçilməsində məqsəd dramaturqların anadan olmasının 110 və 150 illik yubileylərinin bu ilə təsadüf etməsi ilə əlaqədardır.

Teatrın mətbuat xidmətindən Analoq.az-a bildirib ki,hazırda teatrda Xaqani Əliyevin “Çələbi xana Qızılqaya xəyanəti” əsərinin məşqləri gedir. Əsər Azərbaycanın xanlıqlar dövrünün tarixinə işıq salır. Burda həm xanlıqlar arasındakı ədavət, həm Nadir şah hakimiyyəti dövründə yerli əhalinin başına gətirilən oyunlar, həm də Şəki xanı Hacı Çələbinin ailəsində baş verən hadisələrdən söhbət açılır. İki hissəli dram Azərbaycan tarixinin bilicisi, Dövlət Mükafatı laureatı, Akademik, Milli Məclisin deputatı, həmyerlimiz Yaqub Mahmudovun 80 illik yubileyinə həsr olunub.


Turan Etibaroğlu
Analoq.az


скачать dle 10.6фильмы бесплатно



RƏYLƏR

Bakı Hava Proqnozu