ƏSAS SƏHİFƏ Mədəniyyət "Şərəf” ordeni alan Cənnət Səlimova: “Çox sevincliyəm”

"Şərəf” ordeni alan Cənnət Səlimova: “Çox sevincliyəm”

Azərbaycanın görkəmli teatr rejissoru,Xalq artisti Cənnət Səlimova Prezident İlham Əliyev tərəfindən “Şərəf” ordeni ilə təltif olunmasına münasibət bildirib.

Cənnət Səlimova “Analoq.az”-a açıqlamasında ölkə başçısına təşəkkür edib.

“Bu dəyərli hədiyyəni mən gözləmirdim.80 yaşıma ən böyük hədiyyə oldu. Sevinc hisləri keçirirəm, çox kövrəlmişəm. Gözləmədiyim bu dəyərli ordenə görə möhtərəm prezidentimizə cənab İlham Əliyevə,birinci vitse prezident Mehriban xanıma Əliyevaya və cənab nazir Əbülfəs Qarayevə, Fərəh xanım Əliyevaya,teatr rəhbərliyinə çox təşəkkür edirəm.Bu mənim teatr fəaliyyətimə verilən ən yüksək qiymətdir."

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Cənnət Səlimova “Şərəf” ordeni ilə təltif edib.

Turan Etibaroğlu

Analoq.az
скачать dle 10.6фильмы бесплатно



RƏYLƏR

Bakı Hava Proqnozu