ƏSAS SƏHİFƏ Mədəniyyət ADMİU-da 20 Yanvar faciəsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib

ADMİU-da 20 Yanvar faciəsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib

Tədbirdə ADMİU-nun rəhbərliyi, professor-müəllim heyəti və tələbələri, o cümlədən ictimaiyyət və media nümayəndələri iştirak edib.
Tədbir 20 Yanvar şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Azərbaycanın dövlət himni səslənib və Əməkdar artist, dosent Ağalar Bayramov, Əməkdar artist, dosent Azad Şükürov, Əməkdar artist Yaqut Abdullayeva, Teatr sənəti fakültəsinin tələbləri Ələkbər Axundov, Röyal Allahverdiyev, Rəfael Quliyev, Aysel Feyziyeva, Mehin Məmmədli, Saleh Cümşüdlü, Çinarə Səmədova, Elsevər Rəhimov, Esmiralda Abdullayeva, Çinarə Qurbanova və Orxan İsrafilovun iştirakı ilə hazırlanan “20 Yanvar - qürur günümüz” adlı ədəbi-bədii kompozisiyanı təqdim edilib.

Qeyd edək ki, kompozisiyanın ssenari müəllifi və quruluşçu rejissoru Əməkdar artist, dosent Mahirə Yaqubovadır.

ADMİU-da 20 Yanvar faciəsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib
ADMİU-da 20 Yanvar faciəsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib
Turan Etibaroğlu
Analoq.az
скачать dle 10.6фильмы бесплатно



RƏYLƏR

Bakı Hava Proqnozu