ƏSAS SƏHİFƏ Mədəniyyət Sumqayıt Teatrında 20 Yanvar faciəsinə həsr olunmuş "Vicdanın hökmü" tamaşası nümayiş olundu.

Sumqayıt Teatrında 20 Yanvar faciəsinə həsr olunmuş "Vicdanın hökmü" tamaşası nümayiş olundu.

Sumqayıt Dövlət Dram Teatrının rəhbərliyi teatr-tamaşaçı münasibətlərinin yeni mərhələsini formalaşdırmaq və tamaşaçıları sənət ocağına cəlb etmək üçün kreativ layihələr gerçəkləşdirir. Eyni zamanda xüsusi təqvim günlərində tematik tamaşaları təqdim edir.

20 Yanvar faciəsinin ildönümü ərəfəsində teatr N saylı hərbi hissənin əsgərlərinə vətənpərvərlik mövzusunda tamaşa göstərildi. Tamaşa öncəsi teatrın direktoru Əməkdar artist Mübariz Həmidov xalqın mücadilə tarixində önəmli rol oynamış 20 yanvarın siyasi, sosial-fəlsəfi əhəmiyyətindən danışdı, teatrın repertuarında tarixi əsərlərə bundan sonra da geniş yer veriləcəyini söylədi. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Namis Şirməmmədov, truppa müdiri Zöhrəli Əliyev çıxış edərək səhnə əsərinin bədii məziyyətlərindən və tərbiyəvi rolundan söz açdı. Görkəmli yazıçı-dramaturq Hüseynbala Mirələmovun "Vicdanın hökmü" tamaşası hərbçilər tərəfindən böyük maraqla qarşılandı.
Qeyd edək ki, yurd sevgisi, dövlətçilik təfəkkürü, qəhrəmanlıq və tarixi-mədəni irsə sayğı aşılayan bu qəbildən əsərlər teatrın repertuarında əsas yer tutur.
Sumqayıt Teatrında 20 Yanvar faciəsinə həsr olunmuş "Vicdanın hökmü"  tamaşası nümayiş olundu.
Sumqayıt Teatrında 20 Yanvar faciəsinə həsr olunmuş "Vicdanın hökmü"  tamaşası nümayiş olundu.
Sumqayıt Teatrında 20 Yanvar faciəsinə həsr olunmuş "Vicdanın hökmü"  tamaşası nümayiş olundu.

Turan Etibaroğlu
Analoq.az

скачать dle 10.6фильмы бесплатно



RƏYLƏR

Bakı Hava Proqnozu