Facebook səhifəmizi bəyənin
ƏSAS SƏHİFƏ Mədəniyyət “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” adlı konfrans keçiriləcək

“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” adlı konfrans keçiriləcək

Yanvarın 23-25-də Mədəniyyət Nazirliyi, Moskva Hökuməti və Rusiyanın TASS İnformasiya Agentliyinin dəstəyi ilə Bakıda “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” adlı konfrans keçiriləcək.

Analoq.Az xəbər verir ki, Azərbaycan ilə Rusiya arasında əlaqələrin gücləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə keçiriləcək tədbirdə hər iki ölkənin hökumət rəsmiləri, nazirlər, tanınmış rəhbər şəxslər və iş adamları, mədəniyyət, təhsil və elm xadimlərinin, o cümlədən KİV nümayəndələrinin iştirakı gözlənilir.

“Moskva-Bakı - Mədəniyyətlərin Dialoqu” adlı konfrans çərçivəsində “Mədəniyyətlərin dialoqu – xalqların dialoqunun əsası” mövzusunda dəyirmi masa, TASS İnformasiya Agentliyi və Azərbaycan Dövlət İnformasiya Agentliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın Rusiyada və Rusiyanın Azərbaycanda yaşayan görkəmli şəxslərinin fotosərgisi, TASS İnformasiya Agentliyi Baş direktorunun birinci müavini, Rusiyanın Əməkdar jurnalisti Mixail Qusmanın “Hakimiyyət formulu” və “Həyat formulu” adlı kitablarının təqdimatı və digər mədəni tədbirlərin həyata keçirilməsi planlaşdırılır. AZƏRTAC

Analoq.Az
скачать dle 10.6фильмы бесплатно



RƏYLƏR

Bakı Hava Proqnozu