Facebook səhifəmizi bəyənin
ƏSAS SƏHİFƏ Mədəniyyət Sumqayıt Dövlət Dram Teatrında Xalq artistinin 80 illiyi qeyd olundu.

Sumqayıt Dövlət Dram Teatrında Xalq artistinin 80 illiyi qeyd olundu.



Sumqayıt Dövlət Dram Teatrının rəhbərliyi hər zaman burda çalışmış və hazırda fəaliyyət göstərən insanlara xüsusi qayğı və diqqətlə yanaşmışdır. Zamanında Azərbaycan teatrına töhvə vermiş sənət adamları premyeralara dəvət olunur, onların doğum günləri, yubileyləri diqqətdən kənar qalmır.
Bugün Sumqayıt Dövlət Dram Teatrının səhnəsində yetərincə maraqlı, xarakterik obrazlar yaratmış Svetlana Həkimovanın 80 illik yubileyi qeyd olundu. Teatrın direktoru Əməkdar artist Mübariz Həmidov sənətkarı təbrik etdi, dövlətin mədəniyyətə qayğısını vurğuladı. O cümlədən Sumqayıtın sosial- mədəni inkişafından söz açdı və bu inıişaf palitrasında teatrın da öz çalarlarının olduğundan qürur duyduğunu söylədi. Direktor müavinləri Əməkdar artist Vidadi Məmmədov, Maya Məmmədova, quruluşçu rejissor Əməkdar artist Namis Şirməmmədov, istedadlı aktrisa Əməkdar artist İlahə Səfərova və digər aktyorlar çıxışlarında Svetlana xanımın teatrda, televiziyada, şəhərin mədəni-kütləvi tədbirlərində oynadığı obrazlara nəzər saldılar.

Sumqayıt Dövlət Dram Teatrında Xalq artistinin 80 illiyi qeyd olundu.

Xalq artistinin oyun tərzindən, səhnədə çevikliyindən, inprovizə qabiliyyətindən danışdılar. Qeyd olundu ki, Svetlana Həkimovanın yaratdığı “Solğun çiçəklər”- Sara, “Qaraca qız”- Gülğəri nənə, “Demoklisin qılıncı”- Hakimin qızı və bir sıra obrazları bugün də yaddaşlarda qalır. Sonda teatrın direktoru Əməkdar artist Mübriz Həmidov Sumqayıt Dövlət Dram Teatrının kollektivi adından Svetlana xanıma bir daha təbrikini bildirdi və teatr kollektivi adından hədiyə təqdim etdi.

Sumqayıt Dövlət Dram Teatrında Xalq artistinin 80 illiyi qeyd olundu.

Məlumat üçün bildirək ki,.S.Həkimova 1940-cı ildə Sumqayıt şəhərində anadan olmuşdur. 1968-ci ildən Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışır. S.Həkimova 1959-cu ildən Sumqayıt şəhər C.Cabbarlı adına Mədəniyyət Evinin nəzdində yaradılmış xalq teatrında müxtəlif səpgili rollarda çıxış etmişdir. Onun S.Vurğunun "Fərhad və Şirin" əsərindəki Şirin obrazı Ümumittifaq festivalında "Qızıl medal"a layiq görülmüşdür. Sumqayıt Dövlət Teatrında işlədiyi on il ərzində S.Həkimova xarakterik obrazları ilə tamaşaçıların sevimlisinə çevrilmişdir. 1978-1990-cı illədə S.Həkimova Ağdam Dövlət Dram Teatrında, 1990-1992-ci illərdə isə Füzuli Dövlət Dram Teatrında işləmişdir. 1992-ci ildən bu günə kimi aktrisa H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışır. Onun Esmiralda ("Bəli dünya dəyişib") rolu ilə qədəm basan S.Həkimova Sumqayıt teatrının səhnəsində onlarla yadda qalan obrazlar yaratmışdır. Ondardan Gülüş ("Sevil", C.Cabbarlı), Gülcahan ("Kəndimizin javanları", Ə.İlham), Fez ("Qəribə missis Səvic", Con Patrik), Gülcamal ("Müsibəti Fəxrəddin", N.B.Vəzirov), Naza ("Duel", M.Bayciyev), Hakimin qızı ("Demoklisin qılıncı", N.Hikmət), Nami ("Qəribə marka", Holfred), Şıltaq qız ("Paralelin nəbzi", R.Heydər), Tahir ("İnam", F.Məmmədov) və s. göstərmək olar. C.Cabbarlının "Solğun çiçəklər" əsərindəki Sara rolunu Svetlana xanım böyük bir səmimiyyətlə, ehtiras və həyacanla yaradıb. 1992-ci ildən Sumqayıt teatrında çalışan S.Həkimova A.Həsənoğlunun "Yanmış evin nağılı" faciəsində nənə, F.Məmmədovun "Anasının gül balası" əsərində Gülbala, Ə.M.Lələdağın "Qorxaq" pyesində Qaçqın nənə, O.Kolçinskayanın "Tramvayı kim oğurlayıb" pyesində Köstəbək, F.Məhərrəmovun "Cinbalalar" əsərində Gülcahan nənə, Y.Həşimovun "Həkimlər nobata gedir" komediyasında Səkinə xala, T.Vəliyevanın "Mənim ağ göyərçinim" pyesində Münəvvər, G.Xuqayevin "Bir köpək vardı", "Ailə" ibrətamiz pyeslərində Dovşan və Tamara, A.Şaiqin "Qaraca qız" əsərində Yusifin anası və bir çox uzunömürlü obrazlar yaratmışdır.

Sumqayıt Dövlət Dram Teatrında Xalq artistinin 80 illiyi qeyd olundu.

S.Həkimova 2000-ci ildə Respublikanın Əməkdar Artisti fəxri adına layiq görülmüşdür. 2006-cı ildə S.Həkimova Respublika Prezidentinin mükafatına,2008-ci ildə isə Xalq artisti fəxri adına layiq görülmüşdür

Turan Etibaroğlu
Analoq.az


скачать dle 10.6фильмы бесплатно



RƏYLƏR

Bakı Hava Proqnozu