Facebook səhifəmizi bəyənin
ƏSAS SƏHİFƏ Mədəniyyət Səməndər Rzayevin 75 illik yubileyi keçiriləcək

Səməndər Rzayevin 75 illik yubileyi keçiriləcək


Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Səməndər Rzayevin 75 illik yubileyinə həsr olunan “Dəli yığıncağı” (C.Məmmədquluzadə) tamaşası nümayiş olunacaq və fotoşəkillərdən ibarət sərgi keçiriləcək.

Məlumat üçün bildirək ki, Əməkdar artist, Dövlət Mükafatı laureatı Səməndər Rzayevin 2020-ci il 2 yanvar tarixində anadan olmasının 75 ili tamam olub.

Azərbaycan Dövlət Radiosunun “Bulaq” folklor toplusunun Bulaq dədəsi kimi məşhurlaşan aktyor teatrda Hatəmxan ağa (“Müsyö Jordan və dərviş Məstəli şah”, M.F.Axundzadə), Fazil Küleyni (“Dəli yığıncağı”, C.Məmmədquluzadə), Xacə Nizam, Knyaz, İbn Yəmin (“Xəyyam”, “Knyaz”, “İblis”, H.Cavid), Balaxan (“Aydın”, C.Cabbarlı), Vaqif (“Vaqif”, S.Vurğun), Əmir İnanc (“Qılınc və qələm”, M.S.Ordubadi), Qənimət, Muradov (“Məhv olmuş gündəliklər”, “Qəribə oğlan”, İ.Əfəndiyev), İkinci Rəşad, Əmir (“İkinci səs”, “Fərhad”, B.Vahabzadə), Mazar bəy (“Közərən ocaqlar”, M.İbrahimov), Tərlan (“Sənsiz”, Ş.Qurbanov), Bəhram Zeynallı, Xudayar bəy (“Şəhərin yay günləri”, “Sizi deyib gəlmişəm”, Anar), Doqberi, Kaliban (“Heç nədən hay-küy”, “Fırtına”, U.Şekspir) və digər yaddaqalan obrazlar yaratmışdır.

“Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş “Arxadan vurulan zərbə” (1977), “Babamızın babasının babası” (1981), “Ad günü” (film, 1977), “Babək” (1979), “Bağ mövsümü” (1985), “Bəyin oğurlanması” (1985), “Çarvadarların izi ilə” (1974), “Evlənmək istəyirəm” (1983), “Evləri köndələn yar” (1982), “Qatır Məmməd” (1974), “Qərib cinlər diyarında” (1977), “Qız qalası əfsanəsi” (1978), “Qızıl qaz” (1972), “Nəsimi” (1973), “Nizami” (1982), “O qızı tapın” (1970), “Od içində” (1978), “Ömrün ilk saatı” (1973), “Ömrün səhifələri” (1974), “Sarıköynəklə Valehin nağılı” (1980), “Tütək səsi” (1975), “Uşaqlığın son gecəsi” (1968) və digər filmlərdə çəkilmişdir.

O, Azərbaycan teatrı və kinosunun inkişafındakı xidmətlərinə görə 1974-cü ildə Azərbaycan SSR Əməkdar artisti fəxri adına, 1980-ci ildə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülüb.


Turan Etibaroğlu
Analoq.az


скачать dle 10.6фильмы бесплатно



RƏYLƏR

Bakı Hava Proqnozu