ƏSAS SƏHİFƏ Mədəniyyət Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu İsveçrədə MEMORANDUM imzaladı

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu İsveçrədə MEMORANDUM imzaladı

Analoq.az xəbər verir ki,İsveçrə Konfederasiyasının paytaxtı Bern şəhərində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Beynəlxalq Mərkəzi Asiya Tədqiqatlar İnstitutu arasında Anlaşma Memorandumu imzalanmışdır.

İsveçrənin paytaxtı Bern şəhərində Mərkəzi Asiya Araşdırmaları Cəmiyyəti və Bern Universitetinin Arxeoloji Tədqiqatlar İnstitutunun dəstəyi ilə Beynəlxalq Mərkəzi Asiya Tədqiqatlar İnstitutu (IICAS) tərəfindən IICAS-ın Akademik Şurasının 22-ci iclası və “Təmasda olan Mədəniyyətlər - Mərkəzi Asiya ticarətin, mədəniyyət mübadiləsinin və biliyin ötürülməsinin mərkəzi kimi” mövzusunda konfrans keçirilir.

Tədbiri giriş sözü ilə açan Beynəlxalq Mərkəzi Asiya Tədqiqatlar İnstitutunun direktoru Dimitri Voyakin rəhbərlik etdiyi qurumun ötən ilki fəaliyyətindən, həmçinin 2020-ci ildə həyata keçiriləcək layihələrdən bəhs etmişdir. O, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun türkdilli xalqların tarixi-mədəni irsinin qorunması istiqamətində gördüyü işlərin əhəmiyyətini vurğulayaraq, Fondla əməkdaşlığa böyük önəm verdiyini söyləmiş və çıxış üçün sözü tədbirdə fəxri qonaq qismində iştirak edən Fondun prezidenti Günay Əfəndiyevaya vermişdir.

Günay Əfəndiyeva cıxışında Fondun yaranması və məqsədlərindən, türkdilli xalqların tarixinin, adət-ənənələrinin, mədəniyyətinin təbliğ olunmasının və bu sahədə tədqiqatların aparılmasının, ölkələr arasında mədəni mübadilənin gücləndirilməsinin vacibliyindən söz açmış, ötən illər ərzində bu səpgidə Fondun fəaliyyətindən danışmışdır.

Eyni zamanda, Böyük İpək Yolu mövzusunun mühüm önəm daşıdığını qeyd edərək, onun türkdilli ölkələrə qarşılıqlı təsirindən, həmçinin bu istiqamətdə Fondun həyata keçirdiyi layihələr, təşkil etdiyi tədbirlər barədə ətraflı məlumat vermişdir.

Sonda iki qurum arasında Anlaşma Memorandumu imzalanmışdır. Memorandumun məqsədi təşkilatlar arasında mədəniyyət, tarix, arxeologiya, coğrafiya, ədəbiyyat və dilçilik sahələrində, eləcə də Böyük İpək Yolu ilə bağlı aparılan tədqiqatlar üzrə əməkdaşlıq yaratmaq və qarşılıqlı maraq kəsb edən akademik proqramlar və araşdırma layihələrini həyata keçirməkdir.

Eyni zamanda, Anlaşma Memorandumunda türkdilli ölkələrin ortaq mədəniyyətinin və irsinin qorunması, öyrənilməsi sahəsində birgə fəaliyyətin göstərilməsi nəzərdə tutulur.

Tədbirdə Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Xanım İbrahimova iştirak etmişdir.

Analoq.az

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu  İsveçrədə MEMORANDUM imzaladı
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu  İsveçrədə MEMORANDUM imzaladı
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu  İsveçrədə MEMORANDUM imzaladı
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu  İsveçrədə MEMORANDUM imzaladı
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu  İsveçrədə MEMORANDUM imzaladı
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu  İsveçrədə MEMORANDUM imzaladıскачать dle 10.6фильмы бесплатно



RƏYLƏR

Bakı Hava Proqnozu